CBC Sport bəyanat yaydı
Icma.az, Sportal.az portalına istinadən məlumat verir.
Məlum olduğu kimi, "CBC Sport" kanalı UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində keçirilmiş "Bayern" - PSJ matçını canlı yayımlamayıb.
Sportal.az xəbər verir ki, görüşü izləyiicilərə təqdim etməli olan kanal yaranmış vəziyyətlə bağlı bəyanat paylaşıb.
Paylaşımı olduğu kimi təqdim edir:
"Əziz və hörmətli futbol azarkeşləri, mayın 6-da UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Bayern Münhen” – PSJ qarşılaşmasının yayımı texniki səbəblərdən mümkün olmayıb.
Gün ərzində yayım prosesi ilə bağlı aparılan ənənəvi testlər zamanı hər hansı problem aşkarlanmasa da, matçın başlamasına təxminən 5 dəqiqə qalmış gözlənilməz texniki nasazlıq yaranıb.
Problem qeydə alınan andan etibarən onun aradan qaldırılması üçün bütün zəruri tədbirlər görülüb.
Məqsədimiz nasazlıq aradan qalxan kimi, oyunun hansı dəqiqəsinin getməsindən asılı olmayaraq dərhal efirə qoşulmaq idi. Lakin texniki heyətin görüş boyu davam edən səylərinə baxmayaraq yayımı bərpa etmək mümkün olmayıb.
Baş verən bu xoşagəlməz hadisəyə görə məsuliyyətimizi tam dərk edir, oyunu sizə təqdim edə bilmədiyimiz üçün bütün futbolsevərlərdən üzr istəyirik.
Əziz idmansevərlər, anlayışınıza ümid edir və belə halların bir daha təkrarlanmaması üçün bütün lazımi addımların atılacağını bildiririk.
Hörmətlə, "CBC Sport".
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 07 May 2026 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















