CBS lə bağlı araşdırmalar davam edir, Harrislə müsahibənin stenoqramı tələb olunur
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
CBS News, ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harrisin Federal Rabitə Komissiyasına (FCC) müsahibəsinin tam stenoqramını yayımlayacaq.
APA xəbər verir ki, bu barədə şənbə günü “The Hill” qəzeti məlumat yayıb.
Məlumata görə, Federal Rabitə Komissiyası CBS News-a müsahibənin "tam, redaktə edilməmiş stenoqramını" tələb edən məktub göndərib. Söhbət Vaşinqton administrasiyasının yeni rəhbəri Donald Trampın prezidentlik yarışında keçmiş rəqibi Kamala Harrisin 2024-cü ilin oktyabrında “60 dəqiqə” proqramına verdiyi müsahibədən gedir. Komissiya hətta hadisəni çəkən kameralardan görüntülər tələb edib.
Qeyd edilir ki, CBS News ətrafında gərginlik 2024-cü ilin payızında başlayıb. Ötən ilin noyabr ayında Tramp seçkiyə müdaxilə etmək və izləyiciləri çaşdırdığına görə, CBS News-dan 10 milyard dollar təzminat tələb etmişdi. Tramp iddia edib ki, CBS News keçmiş Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrislə müsahibəni redaktə etdiyi üçün yayım lisenziyasını itirməlidir. Trampın fikrincə, ABC televiziyası da ötən ilin sentyabr ayında onun Harrislə debatını pis təşkil etdiyinə görə lisenziyasını itirməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 02 Fevral 2025 10:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















