Icma.az
close
up
RU
Cəbhədə 235 döyüş: ən ağır vəziyyət Pokrovsk istiqamətindədir

Cəbhədə 235 döyüş: ən ağır vəziyyət Pokrovsk istiqamətindədir

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Son sutka ərzində Ukrayna cəbhəsində ümumilikdə 235 döyüş toqquşması qeydə alınıb. Ən yüksək fəallıq Pokrovsk istiqamətində müşahidə olunub. SİA xarici KİV-ə istinadən xəbər verir ki,bu barədə fevralın 16-da Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, düşmən bir raketdən istifadə etməklə bir raket zərbəsi, həmçinin 79 aviazərbə endirib və 224 idarəolunan aviasiya bombası tətbiq edib. Bundan başqa, 4757 kamikadze dron istifadə olunub, yaşayış məntəqələri və Ukrayna mövqelərinə 3387 dəfə atəş açılıb. Bunlardan 121-i reaktiv yaylım atəşi sistemləri ilə həyata keçirilib.

Aviazərbələr əsasən Novoukrayinka, Velykomıxaylivka, Verxnya Tersa, Qulyaypilske, Zalizniçne, Dolinka, Hriqorivka, Zariçne, Yuliyivka, Malinivka, Hirke və Blakıtne yaşayış məntəqələri istiqamətlərinə endirilib. Sutka ərzində Ukrayna Müdafiə Qüvvələrinin raket və artilleriya bölmələri düşmənin bir mühüm obyektini məhv edib.

Şimal-Slobojan və Kursk istiqamətlərində düşmən 143 dəfə atəş açıb, bunlardan dördü reaktiv sistemlərdən istifadə olunmaqla həyata keçirilib. Bu istiqamətlərdə altı döyüş toqquşması baş verib.

Cənub-Slobojan istiqamətində düşmən Vetermarne, Vovçanskı Xutorları və Oxrimivka yaxınlığında dörd dəfə müdafiə xəttini yarmağa cəhd edib.

Kupyansk istiqamətində bir, Liman istiqamətində isə altı hücum qeydə alınıb. Slovyansk istiqamətində Ukrayna hərbçiləri səkkiz hücum cəhdinin qarşısını alıblar. Kramatorsk istiqamətində isə hücum qeydə alınmayıb.

Kostyantınivka istiqamətində düşmən 28 dəfə hücum edib. Ən gərgin vəziyyət Pokrovsk istiqamətində olub – Ukrayna qüvvələri burada 63 hücumun qarşısını alıb.

Aleksandrivka istiqamətində 21, Qulyaypil istiqamətində isə 37 hücum qeydə alınıb. Orikhiv istiqamətində də düşmən aktiv hücum əməliyyatları aparıb. Pridnipro istiqamətində döyüş toqquşması baş verməyib.

Volın və Polissya istiqamətlərində hücum qruplaşmalarının formalaşdırılması əlamətləri aşkar edilməyib.

Qeyd olunub ki, son sutka ərzində Ukrayna qüvvələri 1180 rus hərbçisini zərərsizləşdirib. 24 fevral 2022-ci ildən bu günə qədər düşmənin ümumi itkilərinin təxminən 1 milyon 254 min 450 nəfər olduğu bildirilir.

Eyni zamanda, DeepState analitik platforması bəzi istiqamətlərdə Rusiya qüvvələrinin irəliləyiş əldə etdiyini qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Fevral 2026 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri