“Cəbhədəki vəziyyət və rus ordusunun irəliləyiş tempinə dair rəqəmlər bunun əksini deyir” SİYASİ ŞƏRHÇİ
Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Berlində ABŞ nümayəndə heyəti ilə dünənki görüşdə Zelenski Donbasdan çıxmaq barədə təklifi növbəti dəfə rədd edib. Danışıqlar bu gün davam edəcək.
ABŞ kəşfiyat strukturlarına etimadı olmayan Tramp və yaxın çevrəsi güman ki, Rusiya təbliğatının təsiri ilə özünü inandırıb ki, Ukrayna uduzur və onsuz da Rusiya həmin əraziləri ələ keçirəcək, ona görə də bəri başdan o torpaqlardan çıxmaq məsləhətdir. Halbuki cəbhədəki vəziyyət və rus ordusunun irəliləyiş tempinə dair rəqəmlər bunun əksini deyir”.
Gununsesi.info bildirir ki, bu fikirləri siyasi şərhçi Şahin Cəfərli deyib:
“Son 3 il 8 ay ərzində (44 ay və ya 1350 gün) Rusiya ordusu Donetsk vilayətinin 23 faizini işğal edib. Hazırda Ukrayna ordusu Donetskin elə bu qədər hissəsinə – 22,6 faizinə nəzarət edir. Rusiya bu əraziləri də işğal edə bilər, amma bunun üçün vaxt, bir neçə yüz min əsgər itkisi və yüz milyardlarla dollar xərc lazım olacaq. Belə vəziyyətdə olan tərəf masada şərt diktə edə bilməz.
2022-ci ilin martındakı İstanbul danışıqları zamanı Rusiyanın təslimçi sülh şərtləri ortaya qoymasına əsas var idi, çünki rus qoşunları Kiyevin ətrafına qədər gəlmişdi (düzdür, martda hücum artıq tormozlanmışdı və logistikası kəsilən işğalçılar geri çəkilirdi), eyni zamanda rus ordusu Xerson və Nikolayev istiqamətində Dneprin sağ sahilinə keçərək həyati əhəmiyyətli məntəqə olan Odessaya da təhlükə yaradırdı. İndi vəziyyət o vaxtkından xeyli yaxşıdır.
Məlum olduğu kimi, İstanbulda kapitulyasiyanı rədd etdikdən sonra Ukrayna ordusu rusları həm Kiyev, Çerniqov və Sumı vilayətlərindən qovdu, həm də Xerson və Xarkov vilayətlərində geniş əraziləri, o cümlədən Xerson şəhərini azad etdi. Lakin hələ də “İstanbul danışıqlarında şərtlər daha yaxşı idi və Ukrayna o zaman sülhü rədd etməklə səhv etdi” deyənlər var. Görünür, bu adamlar 2022-ci ildə hərbi əməliyyatların gedişini izləməyib və İstanbulda (ondan öncə Belarusdakı ilk müzakirələrdə) Rusiyanın irəli sürdüyü tələblərdən xəbərsizdir”.
Qeyd edək ki, Almaniyada ABŞ və Ukrayna arasında növbəti danışıqlar mərhələsi başlayıb. Görüşlərdə Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edir.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 15 Dekabr 2025 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















