Icma.az
close
up
RU
Cəbrayıl işğaldan azad edilən ilk şəhər kimi Zəfər tarixinə həkk oldu

Cəbrayıl işğaldan azad edilən ilk şəhər kimi Zəfər tarixinə həkk oldu

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İntiqam Quliyev  

YAP Ağdam rayon təşkilatının sədr müavini  

Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də işğal olunmuşdu, 1 şəhər, 4 qəsəbə, 92 kənd Ermə­nis­tan silahlı birləşmələrinin vandallığına məruz qalmışdı. Düşmən işğal müddətində şəhəri də, qəsəbələri də, kəndləri də dağıtmışdı. Lakin 30 ilə yaxın müddətdən sonra bu niskilə və həsrətə son qoyuldu. Ulu öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident cənab İlham Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində xalqımızın torpaq və vətən həsrətinə son qoyuldu. Bu tarixi Zəfərin ilk müjdəsi isə 4 oktyabr 2020-ci il tarixdə məhz Cəbrayıl rayonunun işğaldan azad olunması oldu.Ermənistanın təxribatlarının qarşısını qətiyyətlə alan Azərbaycan Ordusu 2016-cı ilin aprelində də Ermənistanın hücumunun qarşısını aldı, əks-hücumla 2000 hektar sahəni işğal­dan azad etdi. Bu sıradan Lələtəpə kimi strateji yüksəklik də işğaldan azad olundu.

İkinci Qarabağ müharibəsində Cəbrayıl rayonu uğrunda da ağır döyüşlər getdi, düşmən bu istiqamətlərdə də ciddi müdafiə sədləri qurmuşdu. Azərbaycan Ordusunun hissələri qətiyyəti ilə bu sədləri də darmadağın etdi. Böyük Mərcanlı və Rüzgar kəndləri Vətən mühari­bə­sinin ilk günü azad edildi. Digər kəndlər müharibənin gedişi boyu mərhələlərlə azad olundu. Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərən­ca­mı ilə “Cəbrayı­lın işğaldan azad olunmasına görə” medalı təsis olub.

Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışı dövlətçilik baxımından olduqca əhəmiyyətlidir. Bu ərazidə belə bir təsisatın yaradılması azərbaycanın sərhədlərinin qətiyyətlə qorunacağın zəmanətidir. Ölkə Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Oktyabr 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri