Cəbrayıl sakini: Günlərimiz daha da gözəl olacaq AZƏRTAC
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 29 noyabr, AZƏRTAC
Biz Cəbrayılımıza köçürük. 30 ildir həsrət qaldığımız rayonumuza. Şükür Allaha, torpaqlarımız geri alındı. Səbəbkarlar var olsun. Şəhidlərimizin ruhu şad olsun.
AZƏRTAC xəbər verir ki, bu sözləri bu gün Cəbrayıl şəhərinə köç edən keçmiş məcburi köçkün Səkinə Musayeva bildirib.
"O qədər ağır, o qədər çətin günlərimiz olub ki, dilə gətirməyə utanmışıq. Həmişə bircə bu günü arzulamışam. Biz Cəbrayılda çox gözəl yaşayırdıq. İndi də qayıdırıq, günlərimiz daha da gözəl olacaq. Şükür Allaha, o kömək dursun bizim prezidentimizə, ona ömür versin, bizə daha yaxşı günlər nəsib olsun", - deyə o, əlavə edib.
Qeyd edək ki, bu gün Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə, ümumilikdə 40 ailə - 200 nəfər doğma yurduna köçürülüb.


