Cəbrayıla növbəti köç karvanı gedib (Yenilənib)
Icma.az, Reyting.az portalına istinadən məlumat verir.
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Reyting.az xəbər verir ki, bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə köç karvanı gedib.
Doğma yurda qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
***
Köç karvanı Cəbrayıl rayonunun Horovlu kəndinə çatıb.
Reyting.az xəbər verir ki, kənddə sakinlərin qarşılanma mərasimi keçirilib.
Qeyd edək ki, bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə 37 ailə (160 nəfər) köçürülüb.
Baxış sayı:77
Bu xəbər 19 Noyabr 2025 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















