Cəbrayılda kütləvi futbol festivalı
futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
AFFA-nın təşkilatçılığı, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin dəstəyi ilə Cəbrayıl rayonunun Horovlu kəndində kütləvi futbol festivalı keçirilib.
Futbolpress.az xəbər verir ki, festivalda Horovlu və Cocuq Mərcanlı kənd məktəblərinin şagirdləri iştirak ediblər.
Tədbirin əsas məqsədi uşaqlar arasında sağlam həyat tərzinin təbliği, futbolun kütləviliyinin, məktəblilər arasında idmana marağın daha da artırılması və azad edilmiş ərazilərdə sosial-idman fəaliyyətlərinin genişləndirilməsidir.
Festival çərçivəsində uşaqlar həm futbol bacarıqlarını nümayiş etdirib, həm də komandadaxili əməkdaşlıq və dostluq mühitində maraqlı vaxt keçiriblər.
Festival iştirakçılarına AFFA tərəfindən futbol topları hədiyyə olunub. Hədiyyələri iştirakçılara AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, Horovlu kənd tam orta məktəbinin direktoru Zamiq Həmzəyev və digər rəsmi şəxslər təqdim ediblər.
Tədbirin sonunda iştirakçılar və təşkilatçılar birgə xatirə şəkli çəkdiriblər.
Baxış sayı:112
Bu xəbər 21 May 2026 23:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















