Icma.az
close
up
RU
Cəbrayılda Zəfər bayramına həsr olunmuş konsert keçirildi FOTOlar

Cəbrayılda Zəfər bayramına həsr olunmuş konsert keçirildi FOTOlar

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

8 Noyabr - Zəfər Günü işğaldan azad olunmuş torpaqlarda böyük təntənə ilə qeyd olunub. Cəbrayıl şəhərində Zəfər bayramına həsr olunmuş konsert keçirilib. Öncə izləyicilərə Zəfər Günü ilə bağlı hazırlanmış videoçarx təqdim olunub.
Milli.Az xəbər verir ki, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının (bədii rəhbər Xalq artisti Ağaverdi Paşayev, instrumental heyətin musiqi rəhbəri Mahir Ordubadi) müşayiəti ilə solistlər Televiziya Muğam Müsabiqəsinin laureatı Vəfa Vəzirova,  Əməkdar artist Çinarə Heydərova (qanun), respublika və beynəlxalq müsabiqələr laureatları İdris Tağıyev (zurna, balaban), Taleh Yahyayev, Nurlana Abdullayeva və Nurlan Əzizbəyli, "Misri" ansamblı, Taleh Hüseynli, Rəvan Qaçayev və aşıq Ruhiyyə Qarabağlı dinləyicilər qarşısında çıxış ediblər.

Proqramda vətənpərvərlik ruhunda Azərbaycanın bəstəkar və xalq mahnıları səsləndirilib.

Laçın şəhərində şəhərində təşkil olunan bayram tədbirində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti və "Laçın Abadlıq Xidməti" ASC-nin əməkdaşları, şəhid ailələri, qazilər, hərbçilər rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və sakinlər iştirak ediblər.

Bayraq meydanından başlayan tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Dövlət Himni səsləndirilib.

Rəsmi hissədən sonra hərbi orkestrin və şəxsi heyətin müşayiəti ilə "Lacinema" kino mərkəzinə qədər bayraqla yürüş keçirilib.

Sonra tədbir "Lacinema" kino mərkəzində davam edib. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə  şanlı Zəfərimizin dördüncü ildönümünə həsr olunmuş bayram konserti təqdim olunub.

Əməkdar artist Elza Seyidcahan, Beynəlxalq Muğam Mərkəzinin solistləri, xanəndələr Elgiz Əliyev,  Könül Xəlilzadə,  Cahangir Cahangirov adını Xor kollektivi, beynəlxalq müsabiqələr laureatı Nazxanım Dadaşova, istedadlı pianoçu və gənc ifaçılar, populyar müğənnilər, laçınlı  xanəndələr və aşıqlar iştirak ediblər. 2 saylı Laçın şəhər tam orta məktəbinin şagirdləri də milli rəqslər və bədii qiraətləri ilə proqrama rəng qatıblar. 
Sonra Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş "Oğul" sənədli filmi nümayiş etdirilib. 
Bayram şöləni şəhərdəki  Seyrəngah ərazisində möhtəşəm atəşfəşanlıqla başa çatıb.

Zəngilan rayonunun Ağalı kəndində gerçəkləşən bayram şənliyində kənd sakinləri, bölgədə fəaliyyət göstərən müxtəlif qurumların əməkdaşları, hərbçilər və onların ailə üzvləri iştirak ediblər. 

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Sonra Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzi solistlərinin ifasında rəngarəng konsert proqramı təqdim olunub. Zəfər soraqlı musiqi nömrələrinin səsləndirildiyi konsert alqışlarla qarşılanıb.

Mədəniyyət paytaxtımız, bu doğma sakinlərinə qoynunda yer verən Şuşa şəhərində də Zəfər Günü böyük təntənə ilə gerçəkləşib.

8 noyabrda eyni zamanda Şuşa Şəhəri Gününü qeyd edən sakinlər üçün, sözün əsl mənasında, bayram bayrama qarışıb.

Çünki dörd il öncə, Vətən müharibəsinin bu günü müzəffər Ordumuzun misli görünməmiş qəhrəmanlığı sayəsində qala-şəhərimiz düşməndən qurtulmuşdu. Şuşa zəfəri ilə, əslində, müharibənin də taleyi həll olunmuşdu...

Bayram konsertində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistləri və Azərbaycan Dövlət Rəqs Ansamblının təqdim etdiyi maraqlı konsert proqramı doğma yurda qayıdışın sevinci içərisində olan şuşalıların yaddaşında silinməz iz qoyub.
Zəfər soraqlı tədbirlərin daha bir ünvanı Xankəndi şəhəri olub.

Azərbaycan Ordusunun 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatı ilə düşməndən azad olunan Xankəndi şəhəri bu gün özünün yeni növrağını yaşayır. 
Burada təşkil olunan bayram mərasimi də böyük coşqu ilə qarşılanıb. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistləri, eləcə də Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti və solistlər maraqlı proqram təqdim ediblər. Bayram şöləni tamaşaçılara unudulmaz anlar yaşadıb.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 09 Noyabr 2024 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yuxulara inanmaq olarmı? Cavab sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

01 İyun 2025 13:55see163

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see135

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see127

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see124

Niyə şorba ikinci gün daha dadlı olur? CAVAB

01 İyun 2025 13:21see122

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see122

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see122

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see121

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see121

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see121

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see120

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see119

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see118

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see118

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see117

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see117

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see115

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see114

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see113

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri