Icma.az
close
up
RU
Cəbrayılın ağsaqqalları hesabat verdilər FOTO

Cəbrayılın ağsaqqalları hesabat verdilər FOTO

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İyulun 16-da Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə Cəbrayıl Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.

Modern.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin və ötən dövr ərzində dünyasını dəyişmiş ağsaqqalların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov hazırda işğaldan azad edilmiş torpaqlarımızda, eləcə də Cəbrayılda gedən genişmiqyaslı bərpa-quruculuq işlərindən və məskunlaşma prosesindən ətraflı bəhs edib. Həmçinin ağsaqqalların ölkəmizin ictimai-siyasi və mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, konfransın işinə uğurlar arzulayıb.

Cəbrayıl Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, ağsaqqallar işğaldan azad olunmuş, gündən-günə abadlaşan, gözəlləşən Cəbrayıl rayonunun ictimiai-mədəni həyatında yaxından iştirak edərək  bir sıra əhəmiyyətli işlərin yerinə yetirilməsinə dəstək olur, həlli vacib problemlərin aradan qaldırılması ilə bağlı təşəbbüslərlə çıxış edir, öz səmərəli təkliflərini irəli sürürlər. 

Rayon Ağsaqqallar Şurasının üzvləri hesabat məruzəsi ətrafında çıxış edərək Şuranın fəaliyyətini yüksək qiymətləndiriblər, cəmiyyətdaxili sabitliyin əsas qoruyucusu kimi fəaliyyət göstərən, insanların nizam-intizama dəvət edilməsində əsas söz sahibi olan ağsaqqalların öyüd-nəsihətlərinə böyük hörmətlə yanaşıldığını diqqətə çatdırıblar.

Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş bütün torpaqlarımızda olduğu kimi, Cəbrayılda da gedən yüksək quruculuq və məskunlaşma prosesi fonunda ağsaqqalların səmərəli fəaliyyətini alqışlayıb. Növbəti tədbirlərin Azərbaycanın o gözəl guşəsində keçirilməsini arzulayıb. Natiq, həmçinin, vurğulayıb ki, ağsaqqalların hər şeyə rəğmən göstərdikləri bu əzmkar fəaliyyət kütləvi informasiya vasitələrində daha çox işıqlandırılmalı, gənclər üçün örnək olmalıdır. Bayram Yusifov “Konstitusiya və Suverenlik İli”ndə ağsaqqalların təşkilatçılığı və iştirakı ilə keçirilən görüşlərdən, tədbirlərdən, regional konfranslardan və bu istiqamətdə görüləcək işlərdən də ətraflı danışıb,  suverenliyimiz və müstəqilliyimizlə bağlı tarixi proseslərin təbliği, təşviqi, xüsusilə gənc nəslə çatdırılması ilə əlaqədar ağsaqqalların üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edib. O, Azərbaycan xalqının yüksək dəyərlərə malik möhtəşəm  bir xalq olduğunu vurğulayaraq bu xalqı təmsil edən, eləcə də insana xas bütün müsbət keyfiyyətləri özündə daşıyan, bizim üçün əsl nemət sayılan ağsaqqallara Allahdan uzun ömür, möhkəm cansağlığı və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirin sonunda 75 illik yubileyi və uzunmüddətli səmərəli fəaliyyətinə görə Cəbrayıl Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmova Azərbaycan Ağsaqqallar Şurasının “Fəxri Ağsaqqal” döş nişanı tədqim edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 İyul 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri