Icma.az
close
up
RU
Çeçenistanda polisləri bıçaqlayan gəncin cəsədi küçədə nümayiş etdirilib VİDEO

Çeçenistanda polisləri bıçaqlayan gəncin cəsədi küçədə nümayiş etdirilib VİDEO

Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kseniya Sobçakdan hadisəyə sərt reaksiya: “Ramzan Kadırovun rejimi hazırda Rusiya qanunlarına uyğunmu davranır?”

Çeçenistanda 17 yaşlı yeniyetmə Əsgərxan Xumaşevin cəsədi Açxoy-Martanda ictimaiyyətə nümayiş etdirilib. Həmin şəhərdə Xumaşev bıçaqla iki yol polisi əməkdaşına hücum edib.

Meyit Açxoy-Martan bələdiyyə dairəsi administrasiyası yaxınlığında nümayiş etdirilib. Yayımlanan videolarda insanların yaxınlıqda toplaşdığı, yeniyetmənin cəsədini mühasirəyə alması əks olunub. Onların arasında Xumaşevin qohumlarının da olduğu ehtimal edilir.

Jurnalist və teleaparıcı Kseniya Sobçak özünün “Telegram” kanalında Xumaşevin cəsədinin nümayişinə münasibət bildirib və belə bir təcrübənin qanuni olub-olmaması barədə suallar verib.

“Bu, qanunidir, eləmi? Ramzan Kadırovun rejimi hazırda Rusiya qanunlarına uyğunmu davranır? Sadəcə yoxlayıram ki, o, qanunlara əməl edir. Yoxsa yenidən öz konsepsiyasına uyğun yaşayır?”, - Sobçak bildirib.

Jurnalist əlavə edib ki, heç bir iddia irəli sürmür, sadəcə sual verir və düşünür. Sobçaq Moskvanın məsələyə reaksiyasının necə olacağının da maraqlı olduğunu deyib.

Aprelin 9-da günortadan sonra Çeçenistanın “Qroznı” teleradio şirkəti respublika rəhbəri Ramzan Kadırovun hücuma həsr olunmuş iclasından reportajda Xumaşevin fotosunu nümayiş etdirib. Onun yol polisi postundan bir kilometr aralıda yaşadığı bildirilib.

İclas zamanı Kadırov Xumaşevin atası və qardaşlarının, eləcə də yol polisi postuna hücumun təşkilatçılarının respublikadan çıxarılması barədə göstəriş verib. Respublika rəhbəri onların əmlakının müsadirə edilməsi əmrini də verib.

Kadırov həmçinin vurğulayıb ki, Xumaşevin addımlarını idarə edənlərin kimliyi müəyyən edilib. Çeçenistan rəhbərinin sözlərinə görə, onların bəziləri Türkiyədədir və onlara 32 yaşlı Andrey adlı Ukrayna vətəndaşı rəhbərlik edir.

Qeyd edək ki, yol polisi postuna hücum aprelin 7-də axşam saatlarında baş verib. Yeniyetmə bıçaqla 38 yaşlı Ramzan adlı polis əməkdaşının döş qəfəsinə zərbə endirib, daha sonra isə 20 yaşlı Rəsul adlı polisi bıçaqlayıb. Hücum edən şəxs digər polislər tərəfindən atəşlə yerində məhv edilib.

Hər iki polis xəstəxanaya çatdırılsa da, onlardan birinin həyatını qurtarmaq mümkün olmayıb. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 317-ci ("Hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsd") maddəsi ilə cinayət işi açılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:222
embedMənbə:https://ayna.az
archiveBu xəbər 10 Aprel 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see295

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see283

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see257

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see228

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see228

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see227

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see221

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see217

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see216

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see205

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see195

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see194

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see191

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see191

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see190

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see187

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see187

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see185

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri