Icma.az
close
up
RU
“Çeçenistanda varislik modeli üzərində hazırlıq gedir” ŞƏRH

“Çeçenistanda varislik modeli üzərində hazırlıq gedir” ŞƏRH

Icma.az, Sherg.az saytına istinadən bildirir.

“İddialara görə, Çeçenistan rəhbəri Ramzan Kadırov komaya düşüb”

Bunu siyasi şərhçi Heydər Oğuz yazıb. O bildirib ki, Kadırov Moskvada və ya Rusiyanın başqa bölgələrində müalicə almaqdan imtina edib:

“Kadırovun fikrincə, Kreml onu vaxtından əvvəl qaranlıq dünyaya göndərmək niyyətindədir və bu məqsədlə də əvvəllər müalicə olunduğu Moskvada tibb işçiləri tərəfindən zəhərlənib. Kadırovun dərdi bununla da bitmir. İddia olunur ki, Kadırov özündən sonra övladlarından birinin siyasi varis seçilməsinə Kremldən razılıq ala bilməyib. Buna görə də övladlarını və varidatını Səudiyyə Ərəbistanına daşımağa qərar verib.

Onu da deyim ki, 45 yaşlı Kadırov biri Əhməd, digəri Adəm adlı iki oğlu var. Böyük oğlu Əhməd 20, Adəm isə 18 yaşındadır. Şərq mentalitetinə görə, varislik böyük oğulun haqqı olsa da, Kadırov 18 yaşlı kiçik oğluna daha çox üstünlük verir”.

Qeyd edək ki, belə xəbərlər Ramzan Kadırov haqqında tez-tez yayılır və onun siyasi durumu ilə bağlı spekulyasiyalara yol açır. Ekspertlər isə hesab edirlər ki, əgər səhhətində ciddi problem varsa və ya siyasi irs məsələsi aktuallaşırsa, bunun Şimali Qafqazda və regionda daha geniş təsirləri ola bilər. 

Politoloq İlqar Vəlizadə “Sherg.az”a açıqlamasında bildirib ki, Ramzan Kadırovun səhhəti ilə bağlı yayılan məlumatlar hələlik qeyri-müəyyən xarakter daşıyır və konkret faktlara əsaslanmır. Onun sözlərinə görə, hazırda səsləndirilən iddialar daha çox ehtimallar üzərində qurulub və rəsmi təsdiqini tapmayıb:

“Şübhəsiz ki, Kadırovun səhhətində müəyyən problemlərin olması ehtimalı istisna edilmir. Lakin bu məsələni məqsədli şəkildə siyasiləşdirən qüvvələrin də mövcudluğu açıq şəkildə görünür. Bu proseslərin arxasında konkret siyasi məqsədlər dayanır. Xüsusilə son dövrlərdə Kadırovun oğlunu ardıcıl olaraq yüksək vəzifələrə təyin etməsi onu göstərir ki, Çeçenistanda varislik modeli üzərində düşünülür və ya bu istiqamətdə hazırlıq gedir. Bu, sadəcə fərziyyə deyil, müəyyən faktlarla da müşayiət olunur”.

Politoloq qeyd edib ki, bütün bu məqamlarla yanaşı, Çeçenistan daxilində və ümumilikdə Ramzan Kadırov ətrafında hansı real proseslərin getdiyini dəqiqliklə demək çətindir:

“Rusiya daxilində baş verən proseslər hazırda kifayət qədər mürəkkəb və risklidir. Bu proseslər təkcə mərkəzi hakimiyyətlə məhdudlaşmır, eyni zamanda regionlara, xüsusilə də Şimali Qafqaza birbaşa təsir göstərir. Kadırov faktoru bu baxımdan son dərəcə mühüm əhəmiyyət daşıyır”.

İ. Vəlizadənin fikrincə, Çeçenistanda siyasi balansın pozulması regionda ciddi təhlükəsizlik risklərinə yol aça bilər:“Əgər regionda mövcud vəziyyət dəyişərsə, müxtəlif qruplaşmalar arasında hakimiyyət uğrunda mübarizə başlaya bilər. Bu mübarizə təkcə siyasi müstəvidə qalmaz, qapalı qarşıdurmaların, hətta silahlı münaqişələrin yaranmasına qədər gedib çıxa bilər. Belə bir ssenari Şimali Qafqazda ümumi sabitliyin pozulmasına gətirib çıxarar ki, bu da bütövlükdə region üçün ciddi risklər deməkdir”.

Ekspert vurğulayıb ki, Kadırovun siyasi səhnədən kənarlaşdırılması Rusiya üçün də gözlənilməz və təhlükəli nəticələr yarada bilər:

“Ramzan Kadırovun siyasi proseslərdən uzaqlaşdırılması Şimali Qafqazda qeyri-sabitliyin artmasına səbəb ola bilər. Bu qeyri-sabitlik zəncirvari şəkildə digər respublikalara, xüsusilə Dağıstana da sirayət edə bilər. Nəticə etibarilə bu vəziyyət digər region ölkələrinə də təsirsiz ötüşməz”.

İ. Vəlizadə Azərbaycanın maraqları baxımından da mövzuya diqqət çəkib:

“Azərbaycanın Rusiya ilə ciddi ticarət əlaqələri mövcuddur. Şimal–Cənub Nəqliyyat Dəhlizi məhz Qafqaz regionundan keçir. Çeçenistanda və ümumilikdə Şimali Qafqazda qeyri-sabitlik yaranarsa, bu, iqtisadi və logistik proseslərə də mənfi təsir göstərə bilər. Hazırkı mərhələdə tələskən nəticələr çıxarmaq doğru deyil.

Əgər Ramzan Kadırovun həqiqətən də ağır vəziyyətdə olduğu və ya komaya düşdüyü təsdiqlənərsə, yaxın günlərdə bununla bağlı rəsmi və daha dəqiq məlumatlar ortaya çıxacaq. İndiki halda isə ən doğru yanaşma prosesləri diqqətlə izləmək və faktlara əsaslanmaqdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Yanvar 2026 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see279

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see209

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see199

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see196

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see190

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see181

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see180

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see176

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see175

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see172

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see170

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see168

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see166

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see166

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see162

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see162

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see161

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see160

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see159

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri