Ceenbek Kulubayev Ceyhun Bayramova zəng edib
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev azərbaycanlı həmkarına zəng vurub.
Moderator.az xəbər verir ki, telefon danışığı zamanı Ceyhun Bayramov qarşı tərəfə İranın dron hücumları barədə ətraflı məlumat verib.
Bildirilib ki, Azərbaycanın ərazisinə qarşı həyata keçirilmiş bu hücum beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasıdır və regionda gərginliyin artmasına xidmət edir. İran tərəfindən üzr istənilməsinin, məsələyə dair izahat verilməsinin və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün tədbirlərin görülməsinin tələb olunduğu diqqətə çatdırılıb.
Qırğız naziri Azərbaycan ərazisinə qarşı dron hücumlarının narahatlıq doğurduğunu, ölkəmizlə həmrəy olduğunu bildirib. Bu kimi hücumların regionda gərginliyin daha da artmasına xidmət etdiyi vurğulanıb.
Yaxın Şərqdə mövcud vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması, diplomatik səylərin artırılması və bu çərçivədə beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin vacibliyi qeyd olunub.
Ceenbek Kulubayev İranda olan Qırğız vətəndaşlarının Azərbaycan ərazisindən tranzit keçidinə yaradılmış şəraitə görə ölkəmizə təşəkkür edib, operativ dəstəyi yüksək qiymətləndirildiyi bildirilib.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 05 Mart 2026 22:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















