Icma.az
close
up
RU
“Cəfər Cabbarlı Nizami” tunelinin tikintisində ilk mərhələ yekunlaşıb

“Cəfər Cabbarlı Nizami” tunelinin tikintisində ilk mərhələ yekunlaşıb

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xətlərin ayrılması layihəsinin əsas hədəflərindən biri olan “Cəfər Cabbarlı–Nizami” mənzilini birləşdirəcək, uzunluğu 200 metrə yaxın olan tunelin inşasının birinci mərhələsi başa çatdırılıb. 

“Qafqazinfo” xəbər verir ki, görülən işlər çərçivəsində “28 May” stansiyası ətrafında iki ərazidə - Süleyman Rəhimov və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki avtomobil parklanma zonası və  “Cəfər Cabbarlı” stansiyasının yaxınlığında yerləşən iki hazırlıq şaxtasının qazıntısı aparılıb.

Tikinti prosesi yerüstü sahədə avtobusların, dəmiryol vağzalının, “28 May” və “Cəfər Cabbarlı” stansiyalarının fəaliyyətinə heç bir maneə yaratmır. Ərazidən bütün istiqamətlərdə piyadaların təhlükəsiz hərəkəti üçün yollar təmin edilib.

Qeyd edək ki, 200 metrə yaxın tunelin inşası başa çatana qədər qatarların hərəkəti “İçərişəhər-Əhmədli” (habelə “Əhmədli-Həzi Aslanov” məkik hərəkət mənzili), “Dərnəgül-Nizami” və indiki kimi “Cəfər Cabbarlı-Xətai” olmaqla təşkil ediləcək. Tikintinin növbəti mərhələsində sərnişinlər “28 May” və “Nizami” stansiyaları arasında yerüstü nəqliyyatdan istifadə edəcəklər.

Tunelin inşasının “Dərnəgül” elektrik deposunun birinci mərhələsi tamamlandıqdan sonra 11 ay ərzində yekunlaşdırılması nəzərdə tutulur. Eləcə də müvafiq digər avadanlıq, qurğu və sistemlərin quraşdırılması başa çatdıqdan sonra Qırmızı (“İçərişəhər-Həzi Aslanov”) və Yaşıl (“Dərnəgül-Xətai”) xətlər tam müstəqil fəaliyyət göstərməyə başlayacaq.

Sərnişinlər Yaşıl xətdən Qırmızı xəttə və əksinə “28 May-Cəfər Cabbarlı” keçidindən istifadə edəcəklər.

Lamiyə Məmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 Aprel 2026 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri