Icma.az
close
up
RU
Cəfərini Rusiyada qalmağa nə vadar etdi? İlginc təklif

Cəfərini Rusiyada qalmağa nə vadar etdi? İlginc təklif

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Suriyanın Rusiyadakı səfiri Bəşar Cəfərinin Rusiyadan siyasi sığınacaq istəməsi ilə bağlı yayılan məlumatlar beynəlxalq medianın və ekspertlərin diqqət mərkəzinə çevrilib. Rəsmi Moskva və ya Dəməşq bu barədə hələlik heç bir açıqlama verməsə də, xəbərin yayılması ciddi suallar doğurub.

Səfirin bu addımı nə ilə izah oluna bilər? Ehtimallar nələrdir?

Globalinfo.az-a danışan siyasi şərhçi Taleh Əliyev deyib ki, Suriyada hakimiyyətin devrilməsindən sonra xarici ölkələrdə yerləşən səfirliklərin çoxunun fəaliyyətinin davam etdirilməsi tövsiyə olunmuşdu:

“Rusiya da bu siyahıya daxil idi. Bəşər Əsədin Suriyanı tərk etməsindən bir neçə gün sonra Moskvadakı səfirlik keçmiş Suriya bayrağından imtina edərək yeni keçid hökumətinin bayrağından istifadə etməyə başladı. Səfirliklərin əməkdaşları və səfirlər yeni hökumətin təmsilçiləri kimi qəbul olunsalar da, vaxtilə Bəşər Əsədi dəstəkləyən şəxslər olduqları üçün bu addımı atıblar. Çünki həmin şəxslər Bəşər Əsədə sadiqlikləri ilə seçilirlər və bir çox hallarda adları müxtəlif cinayətlərdə hallanır. Suriyaya qayıtdıqları təqdirdə həbs olunmaqdan qorxurlar və buna görə də prosesi qabaqlamaq məqsədilə siyasi sığınacaq istəyirlər.

Taleh Əliyev

Söhbət yeni keçid hökumətinə etimadsızlıqdan, fikir ayrılıqlarının yaranmasından və ya parçalanmadan getmir”.

Taleh Əliyevin sözlərinə görə, keçmiş səfirlik əməkdaşlarının mütləq əksəriyyətində belə risklər mövcuddur:

“İstisna hal kimi Türkiyəni göstərmək olar. Çünki uzun müddətdir ki, Türkiyədə Suriya səfirliyi fəaliyyət göstərmirdi. Digər ölkələrdə əvvəlcədən təyin olunan əməkdaşlar isə Əsəd dövrünə aiddir. Onların yaşadıqları ölkələrdə qalması və ya üçüncü ölkədən siyasi sığınacaq alaraq diplomatik fəaliyyətlərini dondurması həm normaldır, həm də məntiqə uyğundur”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Aprel 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see383

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see377

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see339

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see328

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see320

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see294

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see278

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see265

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see262

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see256

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see253

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see252

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see251

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see242

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see238

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see236

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see210

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see208

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see206

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri