Icma.az
close
up
RU
Ceffri Epşteyn işində həmin məşhurların da adı hallanır

Ceffri Epşteyn işində həmin məşhurların da adı hallanır

Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Milyarder və azyaşlıların cinsi istismarı və fahişəliyə məcbur edilməsi ittihamı ilə tanınan Ceffri Epşteynin işi ilə bağlı yeni sənədlərdə bir çox məşhurun adı hallanır.

Axşam.az xəbər verir ki, onlar arasında Beyonsun həyat yoldaşı Cey-Z, həbsdə olan keçmiş prodüser Harvi Vaynşteyn, aktyor və “30 Seconds to Mars” qrupunun solisti Cared Leto, reper Puşa T və digərləri var.

FTB-nin (Federal Təhqiqat Bürosu) hesabatına görə, anonim bir qadın bildirir ki, bir neçə il ərzində ona narkotik verilib və zorlanıb. O iddia edir ki, bu müddətdə Puşa T onun yanında olub və ona təzyiq göstərib. Qadın əlavə edir ki, bir dəfə oyananda yanındakı otaqda Cey-Zi və Harvi Vaynşteyni görüb.

Cared Letonin adı isə Epşteynin e-poçt yazışmalarında keçir. Bir məktubda Epşteyn bir dostuna yazıb:

"Cared Leto əla iş gördü! Sabah onun qrafiki necədir?".

Bu ifadənin Epşteynin cinsi cinayətlərilə bağlı olub-olmaması polis tərəfindən araşdırılacaq.

Qeyd olunur ki, Cey-Zi, Harvi Vaynşteyn və Puşa T haqqında məlumatlar FTB-yə təqdim edilmiş və Epşteyn işi araşdırılarkən arxivlənmiş sənədlərdə yer alıb. ABŞ Ədliyyə Nazirliyi bu sənədləri Prezident Donald Trampın işlərin şəffaflığı qanunu çərçivəsində açıqlayıb.

Lakin hazırda bu məşhurlara qarşı heç bir rəsmi araşdırma aparılmayıb, çünki məlumatlar Epşteynin şəxsi qeydlərindədir və ya hüquq-mühafizə orqanlarının rəsmi hesabatlarında yer almır.

Əvvəlki sənədlərdə həmçinin Epşteynin latviyalı model Marta Berzkalna ilə yazışmaları və Rusiya iş adamı Ömər Cəbrayılovun şəkilləri tapılıb.

Xatırladaq ki, bir neçə il əvvəl milyarder Ceffri Epşteyn bir çox cinsi cinayətlərdə, o cümlədən azyaşlılarla bağlı zorakılıqda ittiham olunub. 2019-cu ildə milyarder məhkəməni gözləyərkən həbsxana kamerasında ölü tapılıb. Rəsmi məlumata görə, Epşteyn intihar edib. Lakin bir çoxları hesab edir ki, onu öldürüblər. Buna səbəb isə onun gizli adasında baş verənlər və onların detallarını açıqlamaması olub.

Bir il əvvəl Epşteynin ən məşhur qurbanlarından olan Virciniya Cuffer intihar edib. Virciniyanın ifadələrinə görə, Epşteyn onu güclü şəxslərə cinsi istismar üçün "icarəyə" verirdi. Virciniya Epşteynə qarşı ilk dəlil göstərən və Böyük Britaniya kraliçasının oğlu Şahzadə Endryunu cinsi zorakılıqda ittiham edən şəxs idi. Virciniyaya 12 milyon funt-sterlinq kompensasiya ödənilib, şahzadə isə titullardan məhrum olunub. Ölməzdən əvvəl Virciniya xatirələrini yazaraq yaşadığı bütün hadisələri qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://axsam.az
archiveBu xəbər 03 Fevral 2026 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see326

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see289

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see280

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see280

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see272

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see266

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see259

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see250

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see241

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see231

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see228

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see225

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see221

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see208

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see204

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see203

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see196

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see194

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see191

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri