Icma.az
close
up
RU
Cefri Epşteyn və “KQB” İddialar, sənədlər, faktlar

Cefri Epşteyn və “KQB” İddialar, sənədlər, faktlar

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Son günlər Cefri Epşteyn və Rusiya kəşfiyyatı (“KQB”) ilə əlaqələri barədə iddialar dünya mediasında yenidən gündəmə gəlib. ABŞ, Polşa və Avropa ekspertlərinin açıqlamaları, yayımlanan sənədlər və bəzi foto-məlumatlar, Epşteynin Moskva ilə mümkün əlaqələrini və kompromat toplama fəaliyyətlərini müzakirəyə çıxarıb. Lakin hazırda bu iddialar rəsmi şəkildə təsdiqlənməyib və mövzu hələ araşdırma mərhələsindədir.

Bakupost.az son günlər bu iddia ilə bağlı dünya mediasında gedən xəbərləri toplayıb analitik yazı hazırlamaq qərarına gəldi.
ABŞ Ədliyyə Nazirliyinin “Epşteyn faylları” adı ilə açıqlanan sənədlərdə Rusiya (5876) və Vladimir Putin (1055) adları geniş şəkildə çəkilib.
Polşa Baş naziri Donald Tusk bəyan edib ki, Ceffri Epşteyn və Rusiya kəşfiyyatı (“KQB”) arasında mümkün əlaqələr barədə araşdırma başlanacaq. Tuskun açıqlamasına görə, son sənədlər və açılmış dosyelər Epşteynin Moskva ilə əlaqəli olmasına dair şübhələr yaradır və milli təhlükəsizlik məsələsi kimi qiymətləndirilməlidir. (“Reuters”)
Keçmiş MI6 zabiti Kristofer Stil bəzi mənbələrə istinadla Epşteynin 1970-ci illərdə KQB tərəfindən “kompromat toplamaq üçün” işə götürülə biləcəyini iddia edir. Bu spekulyasiya Epşteynin zəngin və nüfuzlu şəxslərlə yaxın əlaqələrindən istifadə etmə potensialını göstərir. (“The Sun”)
Yayımlanan sənədlərdə Cefri Epşteynin uçuş planları, viza məlumatları və bəzi pasport məlumatları yer alır. Həmçinin, onun Rusiya hərbi və xüsusi xidmət şəxsləri ilə bəzi görüşləri, foto və yazışmalar vasitəsilə sənədlərdə əks olunub. “Antikor.info”
Mediada bildirilir ki, bu sənədlərin açılması əsasən Rusiya tərəfindən ABŞ-yə qarşı həyata keçirilən şantaj və təhdidlər nəticəsində baş verib. Yəni sənədlərin ictimailəşməsi, birbaşa və ya dolayı şəkildə Moskvanın təsiri altında reallaşıb.
Bir çox ekspert hesab edir ki, Epşteynin əlaqələri və sənədlərdəki məlumatlar onun “kompromat toplama” potensialını göstərir. Bu isə onun “KQB” agenti olması anlamına gəlir.
Həmçinin, ABŞ ədliyyə nazirliyinin açıqladığı sənədlər və FTB faylları Epşteynin Rusiya fəaliyyətinin çoxşaxəli olduğunu, “KQB” agenti olmaq ehtimalını gücləndirir.
Epşteynin Rusiyanın xüsusi xidmət orqanları ilə əlaqələri barədə iddialar sənədlərlə təsdiqlənir. Onun Rusiyaya viza alması, sənədlərin açıqlanması və fotoların mövcudluğu, iddiaların ciddi araşdırmaya ehtiyac olduğunu göstərir.
Bəzi mənbələr bildirir ki, Rusiyaya getmək üçün Epşteynə “Vimpel” adlı beynəlxalq ictimai təşkilat tərəfindən xüsusi viza verilib. Qurumun rəhbəri isə, Əfqanıstanda döyüşmüş keçmiş “KQB” polkovnikidir. Bu, Epşteynin yalnız şəxsi və maliyyə əlaqələrinə deyil, həm də bəzi beynəlxalq təşkilatlar və keçmiş sovet kəşfiyyatı ilə əlaqələrinə dair şübhələri artırır. (Antikor.info)


Kimdir Sergey Belyakov?


Pasport şəkilləri və sənədlərə əsaslanaraq deyə bilərik ki, Epşteyn ən azı 2002, 2003, 2004, 2006, 2007, 2011, 2014, 2015 və 2018-ci illərdə Rusiyaya vizalar alıb.
Bəzi araşdırma platformaları və media resursları iddia edirlər ki, Ceffri Epşteyn Rusiyaya viza alarkən “Vimpel” və ya FSB (“KQB”) veteranları ilə əlaqəyə girib və bu əlaqələri təşkil edən şəxslərdən biri Sergey Belyakov olub. Bu məlumatı “Novaya Gazeta Europa” yayımlayıb. Mənbəyə görə, Epşteyn Rusiyaya viza almaq üçün “Vîmpel” adlı təşkilatı və veteranları əsas göstərib. Lakin bu məlumatlar əsasən jurnalist araşdırmalarına əsasən, bu təşkilatın adı həm Kremldəki FSB yə yaxın veteranlar qrupu, həm də antiterror bölməsi ilə əlaqələndirilir. Sergey Belyakovun FSB Akademiyasını bitirdiyi və veteranlar qrupu vasitəsilə Epşteynə Rusiyaya viza almaqda kömək etdiyi bildirilir.
“Dossier Center” qeyd edir ki, Belyakov FSB Akademiyasını bitirmiş, sonra Rusiya iqtisadi inkişaf nazirliyində rəhbər postlarda işləyən və Sankt Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) kimi tədbirlərə cavabdeh şəxs olmuşdur. Bu arenalar vasitəsilə o, Epşteyn ilə əməkdaşlığın daha geniş bir çərçivəsini formalaşdırıb.
Epşteyn 2014–2015 ci illərdə Sergey Belyakov ilə bir neçə yazışma aparıb və ondan Rusiya səviyyəsində əlaqələr və görüşlər təşkil etməkdə kömək istədiyi iddia olunur. Belə ki, 2014-cü ildə o Belyakov vasitəsilə Rusiyada yüksək səviyyəli görüşlər üçün əlaqələr qurub. Bu görüşlər arasında Rusiyanın maliyyə nazirinin müavini, Mərkəzi Bankın rəhbərliyi və digərləri də olub.
Sənədlər göstərir ki, 2015 ci ilin iyulunda Epşteyn Belyakovdan Moskvalı qadınla bağlı problemə dəstək istəmişdi. O, “Moskvanın bu qadını Nyu Yorkdakı güclü iş adamlarını şantaj etməklə məşğul olduğunu” bildirmiş, Belyakov isə qısa müddətdə bu qadınla bağlı detallı profil və məlumat ilə cavab vermişdi.
Belyakovun Epşteynə kömək etdiyi iddiaları arasında yalnız məlumat mübadiləsi və şəxslə əlaqələr deyil, həm də yüksək səviyyəli rus maliyyə rəsmiləri və biznes dairələri ilə potensial görüşlərin təşkili və əlaqələrin qurulması yer alır. Bu iddialar açıqlanan e poçt yazışmaları və jurnalist araşdırmaları əsasında irəli sürülüb.
FTB-nin 2017-ci il noyabrın 27-si hesabatında bir gizli mənbəyə istinad edilərək iddia olunur ki, Epşteyn Putinin sərvətini idarə edib və oxşar xidmətləri Zimbabve lideri Robert Muqabeyə də təqdim edib.
Epşteynin yazışmalarında Putin ilə potensial görüşlər müzakirə olunub. Vizalar, Turbyorn Yaqland (norveçli dövlət və siyasi xadimi, 2009-2019-cu illərdə Avropa Şurasının baş katibi) vasitəsilə dəvətlər, Sankt-Peterburqda görüşləri, eləcə də rəsmi naharda “bitcoin” və digital valyutalar müzakirələri edilib.

Epşteynin rus köməkçisi – Svetlana Pojidayeva

Araşdırmalarda Svetlana Pojidayeva (bəzən Lana P. kimi də adlandırılır) adı Epşteynin köməkçisi və rus modeli və kimi keçir.
Onun Epşteyn ilə foto və yazışmalarda birlikdə yer aldığı, modellərlə bağlı yazışmalarda adının keçdiyi qeyd edilir.
Bir araşdırmada bildirilir ki, Pojidayeva Epşteyn üçün Rusiya vizasını yeniləməkdə və əlaqələri təşkil etməkdə rol oynayıb və bunun üçün Sergey Belyakov tərəfindən tövsiyə məktubu aldığı iddia edilir.
Cavid, BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 05 Fevral 2026 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see529

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see396

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see295

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see290

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see289

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see284

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see276

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see259

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see257

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see253

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see246

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see234

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see227

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see220

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see220

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see200

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see191

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see184

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see181

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri