Cəhənnəm Necati yə hökm oxundu
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyədə mütəşəkkil cinayətkar qruplaşmanın rəhbəri Coşkun Necati Arabacı 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, oktyabrın 22-də İzmir şəhərinin 20-ci Ağır Cinayətlər Məhkəməsində keçirilən yekun iclasda Arabacı cinayət törətmək məqsədilə təşkilat yaratmaq və ona rəhbərlik etmək ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.
O, iki zərərçəkənə qarşı qəsdən xəsarət yetirmə əməllərinə görə 7 il 6 ay, iki ayrı silahlı hücumla əlaqədar qanunsuz odlu silah gəzdirməyə görə isə 2 il həbs cəzası alıb.
Məhkəmə Arabacını digər ittihamlar üzrə təqsirli bilməyərək ona bəraət verib.
Coşkun Necati Arabacının 2025-ci il oktyabrın 5-də Serbiyanın paytaxtı Belqraddan İzmir şəhərindəki Adnan Menderes hava limanına gəldiyi müəyyən edilib. O, İzmir Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Polis idarəsindəki prosedurlardan sonra məhkəməyə göndərilən Arabacı barəsində həbs qətimkan tədbiri seçilib.
Sonradan aşağı instansiya məhkəməsi onun məhkəmə nəzarəti altında azadlığa buraxılması barədə qərar qəbul edib. Lakin İzmir Baş Prokurorluğunun etirazından sonra Arabacı yenidən həbs olunub.
İzmir Baş Prokurorluğu Arabacıya qarşı cinayətkar qruplaşmaya rəhbərlik, ağırlaşdırıcı hallarda soyğunçuluq, ağırlaşdırılmış qəsdən xəsarət yetirmə, eləcə də odlu silahlar və digər vasitələrlə bağlı qanunvericiliyin pozulması ittihamları irəli sürüb və onun 35 ilədək həbs cəzasına məhkum edilməsini tələb edib. Hazırlanan ittiham aktı İzmirin 20-ci Ağır Cinayətlər Məhkəməsi tərəfindən qəbul edilib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 24 Oktyabr 2026 22:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















