Icma.az
close
up
RU
Cehizə görə canına qıyan gənc haqda PSİXOLOQLAR GÖRÜN NƏ DEDİ?! “Ortada bir gerçək var!”

Cehizə görə canına qıyan gənc haqda PSİXOLOQLAR GÖRÜN NƏ DEDİ?! “Ortada bir gerçək var!”

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Son günlərin aktual mövzularından biri sayılan Ağdaşda 23 yaşlı oğlanın toyuna sayılı günlər qalmış canına qıymasıdır ki, hadisə həm cəmiyyətdə, həm də sosial media seqmentində geniş müzakirəyə yol açıb. Bəs belə məsələlərdə hansı məqamlara diqqət etmək lazımdır ki, gənclərin xoş anı kabusla nəticələnməsin? Kimdir müqəssir?

Yenisabah.az gündəmi zəbt edən həmin məsələni psixoloqlarla müzakirə edib.

Müsahibimiz, psixoloq Vüsalə Rüstəm mövzuya belə yanaşıb: pizza hut

“Evlilik hər iki tərəfin ülvi hissləri, qarşılıqlı razılaşma əsasında qurulur. Təəssüf ki, Şərq ölkələrinin çoxunda hələ də evliliyə iqtisadi güclənmək, varlanmaq vasitəsi kimi baxırlar. Kimi qızını başlıq pulu, süd pulu adı ilə ən baha qiymətə satmağa cəhd göstərir, digəri bahalı qızıllar, paltarlar tələb edir. Belə coğrafiyalarda evlənmək bir işgəncə halına çevrilir.

Qadına bir satılıq əşya kimi davranırlar. Ən pis hal da odur ki, qız evi bu qədər şeylər tələb edirsə, əvəzində oğlan evi də bahalı cehizlər tələb edir. Tələbatlardan biri özünü doğrultmadıqda, evlənən şəxslərin hissləri, evlilikləri qalır bir qırağa — valideynlər keçir bir-birinə mənəvi güc göstərməyə. Heç kim nə oğlunu, nə də qızını düşünmür. Şəxsiyyəti alçalmış qız, oğlan belə vəziyyətdə aciz qalır, ən pis yollara əl atır. Tərəflərin — ana və ataların  övladlarının xətrinə güzəştə getməmələri faciə ilə nəticələnir.

Sosial şəbəkələrə fikir versək, görərik: kimin qızı varsa, oğlanların anasına söyüb qarğayır, oğlu olan analar isə qız analarından davamlı narazılığını bildirir. Bütün qız anaları düşünür ki, qızı kimə ərə gedəcəksə, həmin oğlanın anası həmin gün hər şeyi onun qızına verib bu dünya ilə sağollaşmalıdır. Oğlan anaları isə düşünür ki, əgər qız gəlin gəlibsə, qızın anası öz qızını unutmalıdır: onunla telefonla danışa bilməz (danışsa, demək, evin sirrini verir), az ya da heç qonaq gəlməməlidir. Deməli, bizim coğrafiya kimi yerlərdə valideynlər bir-biri ilə dil tapmasalar, uyğunluq yaranmasa, evliliklərin xoşbəxt sonluğa gedə bilməsi də sual altındadır”.

Növbəti müsahibimiz, psixoloq Samirə Bağırova isə vurğulayıb ki, hadisənin detalları istintaqla dəqiqləşsə də, ortada bir gerçək var:

“Gənc bir insan cəmiyyətin, ailənin və psixoloji yükün altında əzilərək həyatına son qoyub. Bu cür intihar hallarının arxasında çox vaxt uzun müddət yığılan emosional basqılar və psixoloji təzyiqlər dayanır. Gənc bir insan üçün sevdiyi xanımını ailəsinin, daha doğrusu, anasının qəbul etməməsi, hər iki gənc üçün gələcək planlarının pozulması çox dərin travmalara səbəb olub. Bəzən travmalar sözlə deyil, davranışla ifadə olunur — həm də ən kədərli şəkildə. “Cehiz”, “toy xərci”, “el-oba nə deyər” kimi anlayışlar, ümumiyyətlə, ailə quranlar arasında çox ucuz, aşağı səviyyəli, yaxud bəhanə üçün qərəzli söhbətlərdir ki, əfsuslar olsun, mərkəzə gətirilir.

Bu kimi hadisələr göstərir ki, psixoloji maarifləndirmə çox zəifdir. İnsanlar emosional ağrıları hələ də “zəiflik” sayır, dəstək almağa utanırlar. Halbuki istənilən yaşda psixoloji yardım almaq tibbi yardım qədər təbii və çox vacib məsələdir. Mən düşünürəm ki, biz bir ölkə olaraq nəhayət ki, ailələrdə, məktəblərdə, media orqanlarında emosional intellektin, empatiyanın və psixoloji dayanıqlığın aşılanmasına yönəlmiş fəaliyyətləri gücləndirməliyik”.

Aytac Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:225
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 28 İyul 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see667

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see329

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see318

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see310

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see307

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see305

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see288

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see278

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see273

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see264

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see253

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see240

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see239

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see239

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see236

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see235

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see231

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see221

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see208

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri