Çəhrayı Pantera filmində solo ifa edən saksafonçu vəfat etdi
Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.
"Çəhrayı pantera" filminin soundtrekindəki solosu ilə tanınan amerikalı caz saksofonçusu Plas Conson 94 yaşında vəfat edib.
Kulis.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.
Nəşrin məlumatına görə, musiqiçi iyulun 15-də Los-Ancelesdə, 95 illik yubileyinə altı gün qalmış həyatla vidalaşıb. Ölüm xəbərini onun övladları təsdiqləyib və atalarının vəfatından cəmi bir ay əvvəl qocalar evində çıxış etdiyini bildiriblər.
Conson daha çox 1963-cü ildə mərhum amerikalı bəstəkar Henri Mançini ilə birlikdə lentə aldırdığı "Çəhrayı pantera" filminin musiqi mövzusunun ifası ilə tanınır. Onların bu versiyası üç "Qremmi" mükafatı qazanıb və "Oskar"a namizəd göstərilib. Saksofonçu solonu cəmi iki dubla yazdıqlarını danışırdı.
Karyerasına ailə ansamblında başlayan Conson 1950-ci ildə səsyazmada debüt edib, blüz müğənnisi Çarlz Braunla qastrol səfərlərində olub. O, həmçinin Bi Bi Kinq, Conni Otis, Frenk Sinatra, Net Kinq Koul və digər sənətçilərlə birlikdə səsyazmalarda iştirak edib.
Milad - Vladimir Nabokovun hekayəsi Pulunuz özgəyə qismətdir yalnız - Günün şeiri Onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 22 İyul 2026 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















