Icma.az
close
up
RU
Cek Teyşeyra 15 il müddətinə azadlıqdan məhrum edilib

Cek Teyşeyra 15 il müddətinə azadlıqdan məhrum edilib

Icma.az, Ayna saytına istinadən bildirir.

Milli Qvardiyanın keçmiş əsgəri Pentaqonun sənədlərini sızdırmaqda ittiham olunur

Keçən il Pentaqon tarixində ən böyük məxfi sənədlərdən birini sızdıran keçmiş Milli Qvardiyanın keçmiş əsgəri Cek Teyşeyra 15 il həbs cəzasına məhkum edilib.

22 yaşlı Teyşera mart ayında milli müdafiə məlumatlarını bilərəkdən saxlamaq və ötürməkdə günahını etiraf edib.

Massaçusetsdəki Milli Hava Qvardiyasının 102-ci Kəşfiyyat Qanadında olarkən Teyşera ABŞ müttəfiqləri haqqında xəritələr, peyk şəkilləri və kəşfiyyat məlumatları daxil olmaqla məxfi materiallara giriş əldə edib və sonra sənədləri məşhur “Discord” onlayn platformasında yerləşdirib.

Onun qapalı qrup üzvləri ilə paylaşdığı sənədlər arasında Ukraynadakı müharibə ilə bağlı məxfi məlumatlar da olub.

Prokurorlar Teyşeyranın 16,5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Vəkilləri onun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyiblər.

Cəzasının azaldılmasını istəyərkən Teyşeranın vəkilləri məhkəmə sənədlərində onun məktəbdə və daha sonra orduda olarkən təhqir edildiyini iddia ediblər.

Prokurorlar, müttəhimin "ABŞ tarixində Casusluq Aktının ən əhəmiyyətli və ciddi pozuntularından birini törətdiyini" bildirərək, daha uzun cəza istəyiblər.

Çərşənbə axşamı məhkəmədə prokurorlar, "Teyşeyra ölkəsi üçün riski başa düşdü və hər halda bunu etdi" deyib.

Boston məhkəmə zalından jurnalistlərin bildirdiyinə görə, müttəhim üzr istəyib və bildirib ki, "bütün məsuliyyət və nəticələr yalnız onun çiyinlərinə düşür".

Həbs edildiyi zaman 21 yaşı olan Teyşeyra 2022-ci ilin sonunda gizli faylları yerləşdirməyə başladığı “Discord” platformasında kiçik qapalı qrupa nəzarət edirmiş.

Teyşeyra 2019-cu ildə Massaçusets Milli Qvardiyasında xidmətə başlayıb. Vəzifəsinə görə o, çox məxfi sənədlərə çıxış icazəsinə malik olub.

Məhkəmə sənədlərində deyilir ki, onu əldə etmək üçün Teyşeyra “qorunan məlumatların icazəsiz açıqlanmasının cinayət təqibi ilə nəticələnə biləcəyini” etiraf etdiyi “ömürlük məcburi ifşa edilməməsi müqaviləsi” imzalayıb.

Böyük miqyaslı sızma Pentaqonu məxfi məlumatlarla işləmə prinsiplərinə yenidən baxmağa məcbur edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://ayna.az
archiveBu xəbər 15 Noyabr 2024 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see318

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see317

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see305

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see254

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see250

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see248

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see243

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see241

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see239

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see229

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see204

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see204

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see203

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see200

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see200

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see198

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri