Icma.az
close
up
RU
Çekə baxın, bunu gördünüzsə, dərhəl xəbər edin Əhaliyə XƏBƏRDARLIQ

Çekə baxın, bunu gördünüzsə, dərhəl xəbər edin Əhaliyə XƏBƏRDARLIQ

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Araz Supermarket" üzərində göstərilən qiymətdən baha məhsul satdığına görə cərimələnib. Antiinhisar Agentliyi şirkət barəsində inzibati xəta protokolu tərtib edib. 

Qeyd edək ki, bu kimi hallarla supermarketlərdə tez-tez rastlaşırıq. Bəs istehlakçı belə problemlə qarşılaşanda nə etməlidir?

Mövzu ilə bağlı Ölkə.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, müasir supermarketlər şəbəkəsində rəftə qiymətin adətən aşağı olması, kassada isə yuxarı olması çox geniş yayılmış istehlakçı problemidir. 

Onun sözlərinə görə, artıq beş ildən çoxdur ki, problem davam edir: “Hər gün bu barədə Azad İstehlakçılar Birliyinə telefon zəngləri daxil olur. Bazarlarda,  ara marketlərdə çəkidə aldatma hallarına da rast gəlinir. Lakin ən müasir supermarketlərə müasir texnologiyalar daxil olduqca paralel istehlakçının aldadılması da baş verir. Bir qayda olaraq istehlakçı taxçada qiyməti aşağı görür, çıxışda əgər kassa çekinə baxarsa, görür ki, yuxarı alınıb”. 

E.Hüseynov qeyd edib ki, istehlakçılar mütləq kartla ödəyəndə diqqətli olsunlar: 

“Kassa çekində fərqi müşahidə etdikdə çekin şəklini çəksin və marketə qayıtsın. Sonra malın altındakı qiymətin şəklini çəksin və əgər istəyirsə, problem yerində həll olunsun o zaman marketin müdiriyyətini çağırıb fərqin ödənilməsini tələb etsin. Bu, passiv istehlakçı hərəkət alqoritmidir. 

Kimsə digər istehlakçıları düşünürsə, onda ikinci kassa çekinin şəklini götürüb, Antiinhisar və Bazara Nəzarət Dövlət Agentliyinə müraciət edərək orada müəyyən yoxlamalar keçirməsini tələb edə bilər. Düzdür, bu agentliyin fəaliyyəti o qədər də ürəkaçan deyil.

Azad İstehlakçılar Birliyinə daxil olan bir şikayəti də xatırlatmaq istəyirəm: vətəndaşın 86 qəpiyə aldığı badımcana 36 manata satılan ekzotik bir meyvənin qiymətini yazmışdılar. Kartla ödənişdə istehlakçı tələsməsin, kassanın yanında çekə yaxşı baxsın. Çünki bu hallarda da bəzən istehlakçının almadığı malı yazırlar. Azad İstehlakçılar Birliyinə gələn şikayətləri ümumiləşdirsək, 1 ildə istehlehlakçılar ödəyib ala bilmədikləri məhsula görə 500 milyon manat pul ödəyirlər.

Məsələn mənim özümü belə diqqətli olduğum halda aldadıblar. 1 ildə  “Grandmart"da 100 manata qədər aldadılmışam. Hələ bu bildiklərimdir. Çox təəssüflər olsun ki, dövlət orqanları KİV-də gedən materialları izləmir.

Nazirlər Kabinetinin 94 saylı qərarına görə, satış yerlərində nəzarət tərəziləri olmalıdır. Belə nəzarət tərəziləri də yox dərəcəsindədir. Bazarlar ən çox istehlakçı hüquqlarının pozulduğu yerlərdir. Bu cür hallara süni qiymət artımı da demək olar, istehlakçıların aldadılması da demək olar”.

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://olke.az
archiveBu xəbər 02 İyun 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri