Icma.az
close
up
RU
Çəkiliş zamanı operatorun faciəli ölümünə səbəb olmuşdu cəzası bəlli oldu

Çəkiliş zamanı operatorun faciəli ölümünə səbəb olmuşdu cəzası bəlli oldu

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Nyu Meksiko prokurorları, aktyor Alec Baldwin-ə qarşı ittihamların yenidən qaldırılması cəhdindən imtina edərək, "Rust" filminin çəkilişi zamanı baş verən faciəvi atışma ilə bağlı işi bağladı.

Milli.Az xəbər verir ki, prokuror Kari Morrissey, bazar ertəsi günü noyabr ayında verilən apelyasiya şikayətini geri götürüb. Bu barədə Birinci Məhkəmə Dairəsi Prokurorluğunun bəyanatında məlumat verilib.

"Apelyasiya, 21 oktyabr 2021-ci ildə "Rust" filminin çəkiliş meydançasında operator Halyna Hutchins-in faciəvi ölümünə səbəb olan atışma ilə bağlı Prodüser və Aktyor Alec Baldwin-ə qarşı qaldırılmış cinayət ittihamlarının, o cümlədən qeyri-iradi adamöldürmə ittihamının məhkəmə tərəfindən rədd edilməsinə etiraz olaraq verilmişdi," bəyanatda deyilir.

Prokurorluq Morrissey-in, milli səviyyədə diqqət çəkən belə genişmiqyaslı iki işi, o cümlədən mart ayında qeyri-iradi adamöldürmədə günahkar bilinmiş filmin silah ustası Hannah Gutierrez Reed-ə qarşı uğurlu ittihamı irəli sürməkdəki işini təqdir edib. Prokurorluq Hutchins ailəsini dəstəklədiyini və onların mülki məhkəmədə ədalət mübarizəsini davam etdirdiklərini bildirib.

Alec Baldwin-in vəkilləri Luke Nikas və Alex Spiro CBS News-a verdikləri açıqlamada belə deyiblər: "Apelyasiyanın geri çəkilməsi qərarı Alec Baldwin-in və onun vəkillərinin əvvəldən dediklərini bir daha təsdiqləyir - bu gözlənilməz bir faciə idi, lakin Alec Baldwin heç bir cinayət törətməyib. Nyu Meksikoda qanunun aliliyi qorunub saxlanılıb."

Apelyasiyanın geri çəkilməsi, hakim Mary Marlowe Sommer-in məhkəmə prosesi zamanı müdafiə tərəfinə qarşı sübutların gizlədilməsi iddialarını nəzərə alaraq işi dayandırmaq qərarını möhkəmləndirir.

Lalə Qüdrətova
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:868
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 25 Dekabr 2024 08:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri