Icma.az
close
up
RU
Çəkilişlə dəyişən tale 19 yaşındakı Dünya Çempionu

Çəkilişlə dəyişən tale 19 yaşındakı Dünya Çempionu

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Futbol dünyasında son illərin ən parlaq ulduzlarından biri olan Lamine Yamal cəmi 19 yaşında olmasına baxmayaraq, artıq həm "Barselona", həm də İspaniya millisinin əsas simalarından birinə çevrilib. Onun uğur hekayəsi isə istedad, zəhmət və əzmkarlığın bir araya gəlməsinə bağlıdır. 

Lent.az-ın "Həyatın oyunçuları" rubrikasında Lamine Yamalın keçdiyi həyat və karyera yoldan danışacağıq. 

Ehtiram əlaməti olaraq verilən ad

O, 13 iyul 2007-ci ildə İspaniyanın Kataloniya bölgəsində yerləşən Esplugues de Llobregat şəhərində anadan olub.  Lamine Yamalın adı təsadüfi seçilməyib. Ailəsi maddi çətinlik yaşadığı dövrdə onlara kömək edən iki şəxsin adları Lamine və Yamal idi. Valideynləri minnətdarlıq əlaməti olaraq oğullarına hər iki adı veriblər. Atası Mərakeş əsilli, anası isə Ekvatorial Qvineya əsillidir. Valideynləri o, 3 yaşında  olarkən ayrılıb. Lakin hər ikisi oğullarının futbol karyerasına daim dəstək verib.

Lamine Yamalın ailəsi uzun müddət maddi sıxıntılar yaşayıb. Atası tikintidə, anası isə restoran və otellərdə ofisiant işləyib. Futbolçu bu barədə danışarkən demişdi: "Anam məni 16 yaşında dünyaya gətirib. Atam isə evə çörək aparmaq üçün hər gün yol axtarırdı. Əsl təzyiq bu idi. Mənim işim isə sadəcə futbol oynamaqdır."

"Barselona"nın diqqət mərkəzində 

Yamal dörd yaşında yerli La Torreta klubunda futbola başlayıb. Onun qeyri-adi istedadı isə çox erkən yaşlarda diqqət çəkib. "Barselona"nın skautları Yamalı 6 yaşında izləməyə başlayıblar. Bir neçə sınaq məşqindən sonra klubun məşhur La Masia akademiyasına dəvət alıb və qısa müddət sonra burada təhsil almağa başlayıb.

Sonradan "Barselona" onunla uzunmüddətli müqavilə bağlayıb və müqaviləyə 1 milyard avroluq sərbəstqalma maddəsi əlavə olunub. Bu da klubun Yamalı gələcəyin ən böyük ulduzlarından biri hesab etdiyini göstərirdi. O, bu gözləntiləri qısa zaman ərzində doğrultmağı da bacarmışdı. Belə ki, Yamal ikinci mövsümündə 30 oyunda 56 qol vuraraq akademiyanın ən parlaq futbolçusuna çevrilmişdi.

Xavidən 15 yaşında əsas komandaya dəvət

2022-ci ilin sentyabrında, cəmi 15 yaşı olarkən, o zaman klubun baş məşqçisi olan Xavi Hernandes onu əsas komandanın məşqlərinə çağırdı. 2023-cü ilin aprelində "Real Betis"ə qarşı La Liqa oyununda meydana çıxaraq "Barselona" forması ilə ilk rəsmi matçını keçirdi. 2023/24 mövsümündə isə artıq komandanın əvəzolunmaz futbolçularından biri idi. Mövsümü bütün turnirlərdə 7 qol və 10 məhsuldar ötürmə ilə başa vurdu.

3 ölkə - 1 seçim

Lamine Yamalın həm İspaniya, həm də atasının vətəni Mərakeş millisində oynamaq hüququ var idi. 2022-ci il Dünya Kubokunda Mərakeşin uğurlu çıxışı bu seçimi daha da maraqlı edirdi. Lakin Yamal İspaniya millisini seçdi, Avropa çempionatının seçmə mərhələsində iki qol vurdu və qısa müddət sonra EURO-2024 heyətinə daxil edildi. Baş məşqçi Luis de la Fuente ilk oyundan etibarən ona əsas heyətdə şans verdi və gənc futbolçu çempionatın ən istedadlı futbolçularından birinə çevrildi. O, millidəki ilk oyununda qol vuraraq İspaniya tarixinin ən gənc qol müəllifi oldu.

Lamine Yamal meydana çıxdığı zaman butslarında üç bayraq görünür.

Bunlar:

İspaniya – doğulduğu ölkə;

Ekvatorial Qvineya – anasının vətəni;

Mərakeş – atasının vətəni.

Bununla o, ailəsinin köklərinə olan bağlılığını da hər oyunda nümayiş etdirir.

Unudulmayan keçmiş

Peşəkar müqavilə bağladıqdan sonra etdiyi ilk böyük işlərdən biri ailəsinin yaşayış şəraitini yaxşılaşdırmaq oldu. O, valideynlərinin rahat yaşaması üçün yeni ev aldı və ailəsinin maddi problemlərini həll etdi.

"304" işarəsinin sirri

Yamal qol vurduqdan sonra əlləri ilə 304 rəqəmini göstərir. Bu, onun böyüdüyü Rokafonda məhəlləsinin poçt indeksinin son üç rəqəmidir. Bu jest son illərdə həmin məhəllənin uşaqları arasında da məşhurlaşıb. Onlar da qol vurduqdan sonra eyni sevinci yaşayırlar. Yamalın böyüdüyü Rocafonda məhəlləsi uzun illər yoxsulluq, cinayətkarlıq və sosial problemlərlə gündəmə gəlirdi. Bu gün isə həmin məhəllə dünyanın ən məşhur futbolçularından birinin vətəni kimi tanınır. Yerli sakinlər deyirlər ki, Yamal bütün məhəllənin taleyini dəyişib.

Messi ilə maraqlı təsadüf

2007-ci ildə UNICEF-in xeyriyyə fotosessiyasında gənc Lionel Messi təsadüf nəticəsində altı aylıq Lamine Yamalı çimizdirən futbolçu olmuşdu. İllər sonra həmin körpə Messinin ən böyük rəqiblərindən birinə çevrildi. 2026-cı il Dünya Çempionatının finalında onlar ilk dəfə bir-birinə qarşı oynadılar və bu foto yenidən bütün dünyada gündəm oldu. Çoxları düşünür ki, Messi Yamalı xüsusi seçmişdi. Əslində isə hər şey lotereya nəticəsində baş vermişdi. UNICEF-in xeyriyyə aksiyası üçün Yamalın ailəsi püşkatmada qalib gəlmiş, təsadüf nəticəsində onların fotosessiyası gənc Lionel Messi ilə təşkil olunmuşdu.

Akademiyada yaşayış

Lamine Yamal "La Masia" akademiyasında yaşayır. Klub qaydalarına əsasən, burada əsasən Kataloniyadan kənardan gələn futbolçular qalır. Lakin Yamal üçün müəyyən istisna edilib. Akademiyada onu sakit xarakteri, təvazökarlığı, mehriban davranışı və zarafatcıl xasiyyəti ilə tanıyırlar. Komanda yoldaşları və məşqçilər onun kollektivlə çox tez uyğunlaşdığını və hər kəslə yaxşı münasibət qurduğunu deyirlər.

Dünya Çempionatının 19 yaşlı qalibi

19 iyul 2026-cı ildə Nyu-Cersidə keçirilən finalda İspaniya son dünya çempionu Argentina ilə qarşılaşdı. Gərgin keçən oyunun əsas vaxtında hesab açılmadı. Əlavə vaxtda Ferran Torresin vurduğu qol İspaniyaya 1:0 hesablı qələbə qazandırdı. Bununla da ölkə 2010-cu ildən sonra tarixində ikinci dəfə dünya çempionu oldu.

16 yaş kiçik qardaşına bağlılığı 

AFinal fitindən sonra Yamal sevincini ailəsi ilə bölüşdü. Onun üç yaşlı kiçik qardaşının meydana qaçaraq futbolçunu qucaqlaması çempionatın ən duyğulu görüntülərindən birinə çevrildi.

Gələcəyin ən böyük ulduzlarından biri

Lamine Yamal artıq dünya futbolunun ən dəyərli gənc oyunçularından biri hesab olunur. Rekordları ard-arda yeniləyən futbolçu həm "Barselona", həm də İspaniya millisinin gələcəyinin əsas siması kimi göstərilir. Onun karyerasının hələ başlanğıc mərhələsində olması isə futbolsevərlərin bu istedadlı oyunçudan qarşıdakı illərdə daha böyük uğurlar gözləməsinə səbəb olur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://lent.az
archiveBu xəbər 22 İyul 2026 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri