Cəlalabadın adı dəyişdirildi
Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qırğızıstan Prezidenti Sadır Japarov “Cəlalabad şəhərinin adının Manas adlandırılması haqqında” qanunu imzalayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Qanun parlament tərəfindən 2025-ci il sentyabrın 10-da qəbul edilib.
Bildirilib ki, qanunun məqsədi milli ideologiyanın gücləndirilməsi və Cəlalabad şəhərinə qırğız xalqının milli qəhrəmanı və yadelli işğallardan müdafiəçisi, böyük Manasın adının verilməsidir.
Sənəd rəsmi dərc edildiyi gündən on gün sonra qüvvəyə minir.
Qeyd edək ki, Cəlalabadın rəsmi yaranma tarixi 1877-ci ilin oktyabrıdır. Şəhərin sahəsi 64,6 kvadratkilometrdir və 184 mindən çox insan yaşayır.
Baxış sayı:64
Bu xəbər 18 Sentyabr 2025 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















