Icma.az
close
up
RU
Çelestini Moskvaya gəldi, Avropa coşdu

Çelestini Moskvaya gəldi, Avropa coşdu

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fabio Çelestininin Rusiyaya gəlməsi Avropada inanılmaz reaksiya doğurub.

“Bazel”in sabiq baş məşqçisi ÇSKA-nın “sükanı arxasına” keçib və bu qərar həm jurnalistlər, həm də futbol azarkeşləri arasında geniş diskussiyalara yol açıb.
Bir neçə məşhur nəşr 49 yaşlı mütəxəssisi kəskin şəkildə tənqid edib.
"Football-plus.az" xəbər verir ki, “Tages-Anzeiger” qəzeti Çelestininin Rusiya klubunu seçməsini “mənəvi müflislik” kimi xarakterizə edib, “Neue Zurcher Zeitung” isə onun peşəkarlıq dəyərlərinə şübhə ilə yanaşıb, seçimini “etik cəhətdən birmənalı olmayan və şübhəli” təyini ilə oxuculara çatdırıb.
Avstriyanın gündəlik auditoriyası 3 milyon adam olan nəhəng “Kronen Zeitung” nəşri Rusiya klublarının avrokuboklarda iştirak etmədiyini xatırladıb:

“Çelestini “Bazel”lə Çempionlar Liqasının təsnifat mərhələsində oynamaq və ya daha səviyyəli çempionatlardan təklif gözləmək əvəzinə UEFA-nın saksiyası üzündən avrokuboklarda iştirakına qadağa qoyulan klubda çalışacaq”.


Çelestininin ÇSKA-nı seçməsinə onun 2024/25 mövsümündə İsveçrə çempionu etdiyi komandanın azarkeşləri daha sərt yanaşıb. Adı çəkilən mütəxəssisin “Bazel”in rənglərini xatırladan qırmızı-göy şərfdə çəkdirdiyi və sosial şəbəklərdə yer alan şəkil onları dəlilik həddinə çatdırıb. İş ondadı ki, İsveçrə komandasının azarkeşləri bir müddət əvvəl Fabioya minnətdarlıq əlaməti kimi oxşar şərf bağışlayıb. İndi isə onu, sadəcə, satqın sayırlar. Hətta Çelestinini İsveçrə vətəndaşlığından məhrum etməyə qədər irəliləyən radikal çağırışlar var, emosional müzakirə dayanmaq bilmir:
“Qəhrəmanlıqdan dibə!”
“Ömrünün sonuna qədər orda qal, İsveçrəyə dönmə”.
“O, mənim üçün öldü”.
“İndiyə qədər hörmət edirdim, indi isə zibilə döndü”.
Azarkeşlərin fikrincə, Fabio siyasi və ictimai kontekstə baxmayaraq, Rusiyada çalışmağa razılıq verməklə “mənəvi sərhədi keçib”.
Xatırladaq ki, ÇSKA iyunun 20-də isveçrəli mütəxəssisi baş məşqçi postuna gətirdiyini elan edib. Çelestini ilə müqavilə “2+1” sxemi üzrə imzalanıb. Onun köməkçiləri Manel Eksposito, Xavyer Noyya və Xose Blesa da məşqçi korpusunda yer alacaq. “Hərbçilər” iyunun 22-də Novoqorskdakı bazasında isveçrəlinin rəhbərliyi altında toplanışa başlayıb.
Fabio özü isə təyinatını belə dəyərləndirib:

“ÇSKA ilə müqavilə imzaladığıma görə çox xoşbəxtəm. Mən və korpusum üçün böyük çağırışdı, biz artıq yeni işin həyəcanı ilə yaşayırıq. Bu böyük klubun tarixini yazmaq üçün səbirsizlənirik”.


Çelestininin sonuncu klubu 2023-cü ilin oktyabrından bu il iyunun 13-nə qədər çalışdırdığı “Bazel” olub. Komanda son mövsümdə onun rəhbərliyi altında həm çempion olub, həm də ölkə kubokunu qazanıb.
Çelestini “sükan arxasına” keçənə qədər “Bazel” turnir cədvəlinin zirzəmisində qərarlaşmışdı.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 İyul 2025 20:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri