Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində yeni təyinat FOTO
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin direktor vəzifəsinə yeni təyinat olub.
Moderator.az xəbər verir ki, Ramil Əmənov təhsil mərkəzinin direktoru vəzifəsinə təyin edilib.
Bildirilib ki, Ramil Əmənov 2003-cü ildə Gəncə Dövlət Universitetində tarix ixtisası üzrə bakalavriat, 2009-cu ildə isə Lənkəran Dövlət Universitetində Azərbaycanın yeni və ən yeni tarixi ixtisası üzrə magistratura təhsili alıb.
Əmək fəaliyyətinə ümumtəhsil müəssisələrində pedaqoq kimi başlayıb. Daha sonra müxtəlif dövlət orqanlarında, həmçinin Cəlilabad Rayon İcra Hakimiyyətində şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində dövlət qulluqçusu kimi çalışıb.
2025-ci ildə Peşə Təhsili üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub.
2026-cı ilin yanvar ayından etibarən Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsinin icrası ona həvalə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 18 May 2026 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















