Icma.az
close
up
RU
Cəlilabad kartofuna xarici bazarlarda yüksək tələbat var REPORTAJ

Cəlilabad kartofuna xarici bazarlarda yüksək tələbat var REPORTAJ

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Cəlilabad, 21 may, İsmayıl Cəfərli, AZƏRTAC

Cəlilabadda bir müddətdir ki, yazlıq kartofun yığımına başlanılıb. Həm istixana şəraitində, həm də açıq təsərrüfatlarda məhsul yığımı davam edir.

AZƏRTAC xəbər verir ki, rayonun bir sıra təsərrüfatlarında bir neçə həftədir yazlıq kartofun yığımına başlanılıb. Rayon ərazisində təsərrüfatlarda 3 min hektar sahəyə yaxın kartof əkilib. Muğan kənd sakini, fermer Tehran Hüseynov bildirir ki, bu il erkən əkilən kartofun vegetasiya dövrünə təsadüf edən qeyri-sabit hava şəraiti məhsulun inkişafına zərər vursa da, əksər təsərrüfatlarda bol məhsul gözlənilir. O, məhsulunu yerli bazarla yanaşı, xaricə də ixrac edir.

“Cəlilabad kartofu xaricə - Ukrayna, Rusiya, Belarus, Qazaxıstan və Gürcüstana göndərilir. Tələbat çoxdur. Növbəti əkində daha məhsuldar sortlara üstünlük verəcəyik. Əvvəlki kimi kartof sahələrimizdən 30 ton məhsul götürməyi qarşıya hədəf qoymuşuq”, - deyə Tehran Hüseynov əlavə edir.

Hazırda xaricdən tələbat çox olsa da, istehsalçılar yazlıq kartofla həm də yerli bazarın sifarişlərini təmin edirlər.

Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Hafis Kərimovla da söhbət edirik. Deyir ki, bir neçə ay öncə xaricdən gətirilən kartofun qiyməti 2 manatdan ucuz olmayıb. Amma yerli məhsul bazara çıxarıldıqdan sonra qiymət ucuzlaşıb ki, bu da alıcıların ürəyincədir. “Əlbəttə, yerli məhsul bazara çıxarılanda xaricdən idxal olunan məhsulların da qiyməti aşağı düşür. Xüsusilə nəzərə alaq ki, indi bazarlara açıq sahələrdən də faraş kartof çıxarılır. Yəni, bolluq yarandıqca, qiymətlər də enir”.

Hazırda qiymətlər məhsulun çeşidinə görə təxminən 1 manat ətrafında dəyişir.

Açıq sahələrdə yığım başlanandan bu günədək 15 min tondan çox məhsul tədarük olunub. Onun da 13 min tonu xarici bazarlara ixrac edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 May 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri