Icma.az
close
up
RU
Cəlilabad sakini ona “Müharibə veteranı” statusunun verilməməsinə ETİRAZ EDİR MÜRACİƏT

Cəlilabad sakini ona “Müharibə veteranı” statusunun verilməməsinə ETİRAZ EDİR MÜRACİƏT

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Cəlilabad şəhəri, Təbriz küçəsi, ev 45-də yaşayan İsmayılov Qamət Əcəbəli oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə və Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edir:

Cənab Prezident!

Hörmətli Vilayət Eyvazov!

Bildirmək istəyirəm ki, mən 19.11.1981-ci il tarixində Cəlilabad şəhərində anadan olmuşam. Orta təhsilliyəm, ailəliyəm.

2000-2001-ci ildə həqiqi hərbi xidmətdə olmuşam. Mənə məxsus olan AO 0237322 saylı hərbi biletdə yazılmışdır ki, xidmət müddətində Bakı şəhəri, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında 2000-2001-ci illərdə daxili müharibələrdə iştirak etmişəm. Mərhum dövlət başçısı Heydər Əliyevin ad günü münasibəti ilə T.Bəhramov adına stadionda hərbi “pakaznoy”da nümunəvi iştirak etmişəm. Bakıda baş vermiş güclü zəlzələ zamanı əhaliyə əsgər kimi kömək etmişəm. Hacıqabul rayonunda hərbi təlim keçmişəm. Gürcüstan, Dağıstan, Azərbaycan sərhədlərində cinayətkarlığa qarşı iştirak etmişəm. Mənə fəxri fərman və döş nişanı verilmişdir.

Mərhum eks-prezident Əbülfəz Elçibəyin cənazəsi Türkiyədən Azərbaycana gətirilərkən, həmçinin dəfn mərasimində müxtəlif insanlar ictimai asayişi pozmaq istəyərkən, cəsur əsgər kimi sabitliyin bərpasında iştirak etmişəm, travma alaraq “Primorski” hospitalında yatmışam. Bakı şəhəri, Yasamal rayonu, “Qələbə” kinoteatrının ətrafında gedən mitinqlərdə dövlətin təhlükəsizliyini mühafizə etmişəm. Hərbi xidmətdə olarkən mənə xidməti xasiyyətnamə verilmişdir.

3 dəfə BTV dərmanı ilə kompleks peyvənd edilmişəm. II qrup təqaüdçüyəm.

Yuxarıda qeyd etdiklərim mənə məxsus olan hərbi biletdə qeyd edilmişdir. Bundan başqa, digər hərbi əməliyyatlarda da iştirak etmişəm. Həmin müddətlərdə travmalar almışam. Kəllə-beyin travması və bədənin müxtəlif yerlərindən xəsarətlər almışam.

Mənə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün cavabdeh təşkilatlara müraciət etdim. Lakin aidiyyəti qurum bundan imtina etmişdir.

Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci bəndinə görə, hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktiki yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar.

Azərbaycan Respublikası Konstitusiyasının 74-cü maddəsinin I bəndinə əsasən vətənə sədaqət müqəddəsdir.

Azərbaycan Respublikasının Konstitusiyasının 76-cı maddəsinin I bəndinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər.

Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin II bəndinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər.

Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdehin tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

Cənab Prezident!

Hörmətli Vilayət Eyvazov!

Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının İPM-nin 35, 45-46-cı maddələrini rəhbər tutaraq Sizdən xahiş edirəm ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları üzərinə mənə - İsmayılov Qamət Əcəbəli oğluna “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edəsiniz”.

Hazırladı: Jalə FAMİLQIZI

Hurriyyet.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 22 Dekabr 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see308

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see258

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see246

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see193

Polşanın Brüsseldəki konsulluğuna boya atılıb

20 Dekabr 2025 15:22see164

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see157

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see150

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see149

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see146

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see145

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see144

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see142

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see140

Putindən NATO baş katibinə sərt sözlər: Nə deyirsən, oxuyub yazmağı da bilmirsən?

20 Dekabr 2025 16:19see139

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see137

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: “Bizdə nə müalicə alıb, nə də ölüb“ Yenilənib FOTO

20 Dekabr 2025 18:21see131

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see130

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri