Cəlilabadda 52 yaşlı kişi qohumu tərəfindən qətlə yetirilib TƏFƏRRÜAT
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Fevralın 16-da günorta saatlarında Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində ağır cinayət hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 52 yaşlı Azər Baxşiyev kəsici alətlə aldığı ağır xəsarətlər nəticəsində xəstəxanada vəfat edib.
Məlumata əsasən, mərhum son dövrlər Bakı şəhərində, övladlarının yanında yaşayırmış.
Hadisəni törətməkdə şübhəli bilinən 24 yaşlı İbrahim Babayev onunla əvvəlcədən əlaqə saxlayaraq Cəlilabad rayonuna gəlməsini israrla istəyib. Qətl Uzuntəpə kəndində baş verib. Azər Baxşiyev ürək nahiyəsindən aldığı bıçaq zərbəsi ilə ağır yaralanıb və xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
Cəlilabad rayon prokurorluğunun məlumatına görə, faktla bağlı qəsdən adam öldürmə maddəsi üzrə cinayət işi açılıb. İlkin araşdırmalar 2002-ci il təvəllüdlü İbrahim Babayevin hadisəni törətməsinə əsaslı şübhələr yaratdığından o, şübhəli şəxs qismində saxlanılıb.
Qeyd edək ki, hadisə tərəfləri arasında qohumluq əlaqələri mövcuddur. İlkin ehtimallara görə, qətil ailədaxili mübahisə və şəxsi söz-söhbətlər zəminində törədilib.
Sabutay, Bizim.Media, Cənub bürosu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 16 Fevral 2026 18:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















