Icma.az
close
up
RU
Cəlilabadda 9 yaşayış məntəqəsini əhatə edən yollar yenidən qurulur FOTOLAR/ VİDEO

Cəlilabadda 9 yaşayış məntəqəsini əhatə edən yollar yenidən qurulur FOTOLAR/ VİDEO

Icma.az bildirir, Sia Az portalına istinadən.

Cəlilabad rayonunda Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd marşrutu üzrə avtomobil yollarının yenidən qurulmasına başlanılıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, layihə 7 mindən artıq əhalinin yaşadığı 9 yaşayış məntəqəsini əhatə edir. Uzunluğu 18 kilometr olan və uzun müddət təmir olunmadan istismarda olan bu yollar təbii amillərin təsiri nəticəsində yararsız vəziyyətə düşmüşdü. Bu səbəbdən yolun əsaslı şəkildə yenidən qurulması zəruri hesab olunub. Yol 4-cü texniki dərəcəyə uyğun şəkildə təkmilləşdirilir. Genişliyi 10 metrədək artırılır ki, bu da 6 metr hərəkət hissəsini və hər iki tərəfdə 2 metr çiyin hissəsini əhatə edir.
Yol boyu torpaq işləri, qazma və əks-dolğu işləri aparılır, suların ötürülməsi məqsədilə mövcud dəmir-beton borular bərpa olunur, zəruri sahələrdə isə müxtəlif diametrli yeni suötürücü borular quraşdırılır.
Layihənin 2,3 km-lik Zəhmətabad–Soltankənd hissəsində qeyd olunan işlər artıq yekunlaşıb. Hazırda həmin hissədə yol yatağının tikintisi işləri davam etdirilir.
Layihənin yekun mərhələsində yeni asfalt-beton örtüyünün döşənməsi, hərəkətin təhlükəsiz və səmərəli təşkili məqsədilə yol nişanlarının, siqnal dirəklərinin, kilometr göstəricilərinin və dayanacaqların quraşdırılması, eləcə də yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi nəzərdə tutulur.

Cəlilabad rayonunda Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd marşrutu üzrə avtomobil yollarının yenidən qurulmasına başlanılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:39
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 İyun 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gürcüstanda etiraz dalğası çevrilişin elementlərini meydana gətirə bilər ŞƏRH

07 Oktyabr 2025 18:20see304

Nəticəsiz işə “yenilik” demək ayıbdır... Ekspertdən AYNA ya sərt reaksiya

08 Oktyabr 2025 15:59see183

Azərbaycan bu toplantıdan ən çox faydalananlardan biri olacaq

07 Oktyabr 2025 10:36see173

Bakı yenidən qurulur Söküntü olacaq

08 Oktyabr 2025 00:14see162

TDT baş katibi elan etdi: Qəbələdə bu format təsis ediləcək

07 Oktyabr 2025 01:20see156

Kişi xoşbəxtliyi bu yaşda pikə çatır Alimlər

07 Oktyabr 2025 18:53see151

Yıxılaraq xəsarət alan yazıçı vəfat etdi

07 Oktyabr 2025 02:03see151

Azərbaycandan qaça bilmiş separatçı general “FSB“ generalıyla əməkdaşlıq edərək onun Paşinyanın yerinə namizədliyini dəstəkləyəcək... “CivilNet“

07 Oktyabr 2025 18:36see138

Türkiyənin müdafiə sənayesində tarixi sıçrayış: NATO standartlarını geridə qoyan Altay

07 Oktyabr 2025 01:13see138

Mavi İşığ ın 600 min vergi borcu var

06 Oktyabr 2025 23:50see137

Manat əmanəti hansı bankda sərfəli deyil? ADLAR

07 Oktyabr 2025 23:52see131

Makron “dron divarı”na qarşı çıxdı

07 Oktyabr 2025 01:48see131

Azərbaycan şahmatçılarının 2025 ci il şahmat üzrə Dünya Kubokundakı rəqibləri bəlli olub

07 Oktyabr 2025 02:31see129

Makron pis vəziyyətə düşdü Parlamenti buraxır

08 Oktyabr 2025 06:15see127

AFFA nın cavabından sonra lazımi addımları atacağıq Quba nın prezidenti

07 Oktyabr 2025 15:08see125

Zəngəzur haqda yazılan şeir Ermənistanda ajiotaj yaratdı

07 Oktyabr 2025 15:06see125

Qərbi Azərbaycan Xronikası: Ruslar Cənubi Qafqaza daxil olandan sonra xalqımız dəfələrlə deportasiya olunub

07 Oktyabr 2025 02:00see124

“36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər” FOTO

08 Oktyabr 2025 01:19see120

Ofelyaya əri bahalı maşın ALDI

08 Oktyabr 2025 18:46see118

Ata olmaq istəyənlərin nəzərinə! Bu vərdişlərdən uzaq durun...

08 Oktyabr 2025 07:07see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri