Cəlilabadda bədbəxt hadisə zamanı xəsarət alan azyaşlının son vəziyyəti AÇIQLANDI
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Cəlilabadda bədbəxt hadisə zamanı xəsarət alan azyaşlının son vəziyyəti açıqlanıb.
Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, 12 yaşlı Şahmar Aslanov pirotexniki vasitəni əlinə götürən zaman partlayış baş verib. Nəticədə o, müxtəlif yanıq xəsarətləri alıb.
Şahmar Aslanov dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Ona üzün və tənəffüs yollarının 2-ci və 3-cü dərəcəli yanığı diaqnozu qoyulub.
İlkin tibbi yardımdan sonra Ş.Aslanov Bakıda yerləşən Yanıq Mərkəzinə göndərilib.
Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinin cərrahı Azər Həsənov bildirib ki, xəstə başın tüklü hissəsinin, üzün, hər iki qulaq seyvanının, boynun və yuxarı tənəffüs yollarının 2-ci və 3-cü dərəcəli yanığı diaqnozu ilə hospitalizasiya olunub:
"Pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, ümumi vəziyyəti ağır-stabildir".
Faktla bağlı araşdırma aparılır.
Ətraflı süjetdə:
Cəlilabadda bədbəxt hadisə zamanı xəsarət alan azyaşlının son vəziyyəti AÇIQLANDI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 01 Yanvar 2025 21:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















