Cəlilabadda canavar hücumu: 40 a yaxın heyvan tələf oldu
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Son günlər Cəlilabad rayonunda canavarların təsərrüfatlara hücumlarının artdığı bildirilir.
Milli.Az "Report"a istinadla xəbər verir ki, vəhşi heyvanlar daha çox rayonun Həzi Aslanov və Rəşad Zeyniyev küçələri ərazisində müşahidə olunur.
Sonuncu hücum rayon sakini Mahir Quliyevin təsərrüfatında qeydə alınıb. Onun sözlərinə görə, canavarlar beş baş xırdabuynuzlu heyvanı parçalayıb. Sakin bildirib ki, son bir ay ərzində ümumilikdə 40-a yaxın xırdabuynuzlu heyvanı vəhşi canlıların hücumu nəticəsində tələf olub.
Zərər çəkmiş təsərrüfatlarda ümumi maddi ziyanın 50 min manata yaxın olduğu qeyd edilir.
Məsələ ilə bağlı Cəlilabad şəhər bələdiyyəsinin sədri Vahid Mirzəyev vəziyyətdən xəbərdar olduqlarını deyib. Onun sözlərinə görə, hazırda araşdırmalar və dəqiqləşdirmələr aparılır:
"Aidiyyəti qurumlarla birlikdə problemin aradan qaldırılması və sakinlərin təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlərin görülməsi planlaşdırılır".
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:217
Bu xəbər 28 May 2026 18:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















