Cəlilabadda irigövdəli ağac hərəkətdə olan avtomobilin üzərinə aşıb
Icma.az bildirir, Azertag portalına istinadən.
Cəlilabad, 7 sentyabr, AZƏRTAC
Cəlilabad rayonunda irigövdəli ağacın aşması nəticəsində avtomobilə ciddi ziyan dəyib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Güclü külək nəticəsində irigövdəli ağac yolda hərəkətdə olan, 77-BQ-470 dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı avtomobilin üzərinə aşıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.
Qeyd edək ki, magistralın digər istiqamətində də irigövdəli ağacların aşması nəticəsində analoji hadisə baş verib.
Aşan ağaclar yolun hərəkət hissəsini bağladığından magistralda nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.
Hazırda aşan ağacların yoldan kənarlaşdırılması və nəqliyyatın hərəkətinin bərpası istiqamətində iş aparılır.
Müxbir- İlkin Adıyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 07 Sentyabr 2026 18:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















