Cəlilabadda küçəyə Murov qəhrəmanının adı verildi FOTO
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Vətən müharibəsi şəhidi Əkbər Azər oğlu Hüseynlinin adı Cəlilabadın Alar kəndində küçəyə verilib.
"Unikal" xəbər verir ki, artıq şəhidin adını daşıyan küçəyə lövhə də vurulub. Küçənin uzunluğu təxminən 3 kilometrdir.
Qeyd edək ki, Ə. Hüseynli 2001-ci il oktyabrın 15-də Cəlilabad rayonu Alar kəndində anadan olub. O Alar kəndi H.Əliyev adına 1 saylı orta məktəbdə təhsil alıb. Sonradan təhsilini Bakı Dövlət Sosial-İqtisadi Kollecində davam etdirib.
Əkbər 2019-cu ildə təhsilini yarımçıq qoyaraq könüllü hərbi xidmətə yollanıb.
Vətən müharibəsi zamanı Murov zirvəsinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərancamına Əsasən “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” və "Cəsur döyüşçü" medalalrı ilə təltif edilib.
Xəlil Əliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 05 Aprel 2026 23:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















