Cəlilabadda məktəblilərin davasına valideynlər QARIŞDI Qan töküldü DETALLAR
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Cəlilabadda rayonunda yeniyetmələr arasında baş verən narazılıq valideynlərin davasına səbəb olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.
İlkin məlumatlara görə, iki məktəbli arasında yaranan gərginlikdən sonra onların valideynləri məsələni müzakirə etmək üçün bir araya gəliblər. Lakin görüş zamanı tərəflər arasında münaqişə dərinləşib və dava qanlı sonluqla yekunlaşıb.
Nəticədə İlqar Quliyev müxtəlif nahiyələrdən ağır xəsarətlər alıb. Yaralı təcili olaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin sözlərinə görə, onun vəziyyəti kritik olaraq qalır.
Hadisəni törətməkdə şübhəli bilinən 40 yaşlı Nicat Cəbiyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Fakt üzrə araşdırma davam etdirilir.
Sabutay, Bizim.Media, Cənub bürosu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 09 May 2026 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















