Cəlilabadda pambıq yığımı yekunlaşıb, bu il məhsuldarlıq yüksək olub
Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Cəlilabad rayonunda pambıq tarlalarında məhsul yığımı yekunlaşıb.
Bu barədə “Report”un Muğan bürosuna fermerlər məlumat verib.
Onların sözlərinə görə, bu il hər hektara ortalama 28-30 sentner məhsul toplanıb. Ötən il isə bu rəqəm 22-23 sentnerə bərabər olub.
Məlumata görə, bu il rayonda 300 hektar sahədə pambıq əkilib. Ötən il isə bu rəqəm 250 hektar təşkil edib.
Yığımdan əvvəl pambıq kollarının yarpaqlarının tökülməsi məqsədi ilə tarlalarda defolvasiya işləri aparılıb.

Cəlilabadda pambıq yığımı yekunlaşıb
15 Dekabr 2024 18:17
Cəlilabadda payızlıq kartof yığımı yekunlaşıb, məhsuldarlıq yüksəkdir
09 Yanvar 2025 22:16
Cəlilabadda meyvə və giləmeyvə yığımı yekunlaşıb, bu il məhsuldarlıq bol olub
28 Dekabr 2024 19:09
Biləsuvarda tərəvəz bitkilərinin yığımı yekunlaşıb, builki məhsuldarlıq yüksək olub
28 Noyabr 2024 18:50
Cəlilabadda xurma yığımı aparılır, məhsuldarlıq və qiymətdən fermerlər razıdır
12 Dekabr 2024 18:24

