Cəlilabadda qeyri ənənəvi təsərrüfat: Fermer yerkökü istehsalını 1000 tona çatdırmağı hədəfləyir
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Cəlilabad, 26 dekabr, İsmayıl Cəfərli, AZƏRTAC
Münbit torpağı və əlverişli iqlimi ilə tanınan Cəlilabad rayonunda qeyri-ənənəvi tərəvəz bitkilərinin əkininə maraq artır.
AZƏRTAC xəbər verir ki, rayonun Üçtəpə kəndində fəaliyyət göstərən təcrübəli fermer Cəlal Əhmədov bu sahədə uğurlu nəticələr əldə edərək, öz təsərrüfatında yerkökü yetişdirilməsini genişləndirib. Bölgədə ən iri yerkökü təsərrüfatına malik olan fermer ötən il 500 tondan çox məhsul yığaraq yüksək nəticə göstərib. Hazırkı yığım mövsümü üçün isə hədəf 1000 tondan artıq məhsul istehsal etməkdir: “7 ildir yerkökü əkini ilə məşğulam. Toxumları xarici ölkələrdən alırıq - Fransadan, Hollandiyadan. Bu dəfə yaz əkinində ərəb toxumlarından da istifadə edəcəyəm. Yazda və payızda əkin aparıram. 30 hektara yaxın sahədir. Çox şükür, yaxşı məhsul var. Hektara 25-30 tona yaxın məhsul götürürük”.
Fermerin əsas məqsədi “Yeni region” brendi ilə keyfiyyətli yerkökü məhsulunu dünya bazarına çıxarmaqdır. O bildirib ki, əkin sahəsini və istehsal həcmini ən azı iki dəfə artırmaq mümkündür. “Hələ ki, daxili bazarda satırıq. Keçən il kiloqramı 20-70 qəpik idi, bu il isə qiyməti 20-60 qəpik arasında dəyişir”, - deyə C.Əhmədov əlavə edib.

Hazırda fermerin dövlətin güzəştli kreditləri hesabına tikdiyi müasir anbar kompleksi və əldə etdiyi yeni aqrotexnikalar təsərrüfat işlərinin səmərəliliyini əhəmiyyətli dərəcədə artırıb. Sahədən toplanan məhsullar ərazidə yuyulduqdan sonra anbara ötürülür, orada çeşidlənmə prosesindən keçərək müxtəlif çəkilərdə qablaşdırılır və xüsusi soyuducu kameralarda saxlanılır.
Təsərrüfatını daha da genişləndirməyi hədəfləyən Cəlal Əhmədov gələcəkdə daxili bazarla yanaşı, məhsulun ixrac potensialını da artırmağı planlaşdırır. Bu növ aqrar komplekslərin fəaliyyəti həm rayonun iqtisadi canlanmasına, həm də əhalinin mövsümi işlə təmin olunmasına əhəmiyyətli töhfə verir. Cəlilabadın aqrar sektorunda qazanılan hər bir uğur bölgənin kənd təsərrüfatı şöhrətini daha da artırır və rəqabətədavamlı yerli məhsul istehsalını stimullaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 26 Dekabr 2025 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















