Cəlilabadda yol qəzasında xəsarət alanların adları məlum oldu YENİLƏNİB
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
Cəlilabad rayonunda baş verən yol qəzasında xəsarət alanların adları məlum olub.
Redaktor.az "Report"a istinadən xəbər verir ki, xəsarət alanlar Bakı şəhəri sakinləri, 1986-ci il təvəllüdlü Aidə Hüseynova, 2006-cı il təvəllüdlü Ayaz Hüseynov və 2011-ci il təvəllüdlü Nuray Hüseynovadır.
Onların müalicəsi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
***
Cəlilabad rayonunda baş verən yol-nəqliyyat qəzasında 3 nəfər xəsarət alıb.
Redaktor.az "Report"a istinadən xəbər verir ki, hadisə Ələt–Astara yolunun Cəlilabad rayonuna giriş hissəsində qeydə alınıb.
Belə ki, "Toyota Corolla" markalı avtomobilin sürücüsü idarəetməni qəfil itirib. Nəticədə avtomobil yol kənarındakı mühafizə səddini aşaraq yolun kənarına aşıb.
Hadisə nəticəsində 3 nəfər xəsarət alıb və rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 04 İyul 2025 21:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















