Icma.az
close
up
RU
Cəlilabadlı tələbəni Lənkəranda öldürüb basdıran dönərçiyə hökm oxundu FOTO

Cəlilabadlı tələbəni Lənkəranda öldürüb basdıran dönərçiyə hökm oxundu FOTO

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Bu il martın 2-si itkin düşən və mayın 14-ü Lənkəranda meyiti tapılan Cəlilabad rayon Muğan kənd sakini 22 yaşlı Könül Ağayevanın qətli ilə bağlı məhkəmə prosesi başa çatıb.

Redaktor.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində 2003-cü il təvəllüdlü Elvin İsmayılzadəyə hökm oxunub.

O, Cinayət Məcəlləsinin 120.2.9 və 326-cı (Köməksiz vəziyyətdə olan adamı öldürmə və rəsmi sənədləri məhvetmə) maddələri ilə təqsirli bilinib. Elvinə 19 il 6 ay həbs cəzası verilib.

Araşdırmalar zamanı məlum olub ki, Lənkəran Dövlət Universitetinin 4-cü kurs tələbəsi olan Könül 2023-cü ildə bir müddət evli olub, daha sonra ayrılıb. Bildirilir ki, anası Könül onun sözünə baxmadığı üçün qızından imtina edib və o, nənəsinin himayəsində yaşayıb.

Daha sonra Könül Lənkəranda olarkən orada dönərçi işləyən Elvinlə tanış olub və aralarında münasibət yaranıb.

Fotoda Elvin İsmayılzadə

Hadisədən əvvəl isə Könül Ağayeva Cəlilabaddan bəzi əşyalarını götürərək yenidən Lənkəran şəhərinə gedib və bir müddət burada yaşayıb. Elvin ona ailə qurmaq istəmədiyini bildirib, Könülün onunla fikrinin ciddi olduğunu gördükdən sonra isə gənc qızı qətlə yetirmək qərarına gəlib. O, K.Ağayevanı məftillə boğub öldürdükdən sonra dostu Xəyalla birgə meyiti evin zirzəmisində basdırıb. 

Qətl hadisəsindən sonra Könülün nənəsinin istəyi ilə Elvin Bakıda onunla görüşüb, lakin qızdan xəbərinin olmadığını bildirib. Həmçinin sosial şəbəkələrdə Könülün fotosunu paylaşaraq onun itkin düşməsi barədə elanlar paylaşıb və axtardığı barədə görüntü yaratmağa çalışıb.

Qeyd edək ki, bu ilin may ayında Könülün qətlə yetirilməsinin məlum olması və meyitinin tapılmasından bir neçə gün sonra nənəsi də vəfat edib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Dekabr 2024 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri