Çelsi 138 milyon avro olaraq dəyərləndirdiyi oyunçunu satmaq istəmir Real dan təklif gəlsə...
Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Çelsi" yarımmüdafiəçi Enzo Fernandes üçün müəyyən etdiyi məbləği açıqlayıb.
Sportal.az xəbər verir ki, London klubu Argentina millisinin 25 yaşlı futbolçusunu 120 milyon funt-sterlinqə (138 milyon avro) qiymətləndirir. Bununla yanaşı, “zadəganlar” oyunçunu satmaq istəmir. Lakin futbolçunun nümayəndələri ilə yeni müqavilə danışıqlarında da heç bir irəliləyiş yoxdur.
Bildirilir ki, Enzo "Çelsi"dən ayrılmaq istəyir və "Real"dan təklif almağa müsbət yanaşardı. Keçmiş “Çelsi” çalışdırıcısı Enzo Mareskanın tezliklə "Mançester Siti"-yə təyin olunmasına baxmayaraq, Fernandеsin bu klubla heç bir danışığı olmadığı vurğulanır.
Xatırladaq ki, bu mövsüm "Çelsi" Enzonu klubun gələcəyi və fəaliyyəti ilə bağlı açıqlamalarına görə iki oyunluq heyətdən kənarlaşdırmışdı. Dünya çempionu Premyer Liqada keçirdiyi 36 matçda 10 qol vurub və 4 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:187
Bu xəbər 27 May 2026 22:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















