“Çelsi“ azlıqda qaldı, “Tottenhem“ fürsəti əldən vermədi
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İngiltərə Premyer Liqasının VIII turunda "Tottenhem" səfərdə "Çelsi"ni 0:2 hesabı ilə məğlub edib.
Moderator.az xəbər verir ki, "Stemford Bric" stadionunda keçirilən qarşılaşmada hesab 77-ci dəqiqədə açılıb. "Çelsi"nin qapıçısı Mayk Penders künc zərbəsi zamanı topu uğursuz uzaqlaşdıraraq öz qapısına göndərib.
80-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Koul Palmer ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 87-ci dəqiqədə isə Matiss Tel fərqlənərək "Tottenhem"in üstünlüyünü iki topa çatdırıb.
Bu qələbədən sonra 13 xalı olan "Çelsi" turnir cədvəlinin dördüncü pilləsində qalıb. Doqquz xalı olan "Tottenhem" isə 12-ci yerdə qərarlaşıb.
Növbəti turda "Çelsi" oktyabrın 31-də "Mançester Yunayted"lə, "Tottenhem" isə "Kristal Pelas"la qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 24 Oktyabr 2026 22:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















