“Çelsi” canını qurtardı Britaniya mətbuatı Qarabağ və Qurbanovdan nələr yazdı...
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Enzo Mareskanın dəyişikliklərindən sonra “Çelsi”nin dəqiqliyi tamamilə itdi. Zəifləmiş komanda Bakıda fırtınalı bir axşamda “Qarabağ”ın ustalığı və döyüş ruhu qarşısında tab gətirə bilmədi.
Ölkə.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Guardian" nəşri yazıb.
Qeyd edilir ki, bu həyəcanlı 2:2 hesablı heç-heçədən daha çox məmnun qalan, şübhəsiz ki, “Qarabağ” idi. “Çelsi” isə yalnız ona görə rahat nəfəs aldı ki, Azərbaycan səfəri (gediş-gəlişlə birlikdə 5000 mil) onun üçün biabırçılıqla nəticələnmədi.
Nəşr yazır: "Komanda “cəsur rəqib” qarşısında oyuna nəzarət edə bilmədi. Mareskanın ilk hissədən sonra zədələnən və sarsılmış futbolçularını əvəzləmək üçün üç dəyişiklik etməsi isə vəziyyəti xilas etməyə yetmədi.
Azarkeşlər inanılmaz dərəcədə baxımlı bir oyun izlədilər. Oyuna sonradan daxil olan Alexandro Qarnaço londonluları xilas etdi. Onun gözəl zərbəsi sayəsində hesab bərabərləşdi. Amma nəticə hər iki tərəf üçün fərqli ola bilərdi: hər iki komandanın qol epizodları çox idi, müdafiələr bəzən dağılırdı və “Qarabağ” hesabı 2:1 etdikdə sensasiyanın bir addımlığında görünürdü.
Nəticədə, “Çelsi”nin geniş heyəti komandanı Azərbaycandan bir xalla ayrılmağa imkan verdi. Lakin londonlular yaxşı anlayırlar ki, bu, çox çətin döyüş idi. “Qarabağ”la 4 oyuna 7 xal toplayan “Çelsi”ni daha ciddi sınaqlar gözləyir.
Qurban Qurbanovun rəhbərliyi altında “Qarabağ” böyük irəliləyiş əldə edib. Onların sürətli, riskli və hücumameyilli futboluna baxmaq zövqverici idi. Mareska isə yeddi dəyişiklik etməyin və sıx oyun cədvəlini birləşdirməyin nə qədər səhv qərar olduğunu az qala hiss etdi.
“Qarabağ” tarixinin ən böyük qələbəsini qazanmağa çox yaxın idi. Çünki oyuna sonradan daxil olan Dani Bolt əlavə vaxtda Sançesi ciddi şəkildə yoxladı. Matç olduqca əyləncəli keçdi. Eştavanın kobud hərəkətləri “Qarabağ” müdafiəsinə xeyli çətinlik yaratdı, qapıçı Koxalski isə Fernandes və Qarnaçonun zərbələrini dəf etməklə komandasını xilas etdi. Hakimin final fitindən sonra yerli azarkeşlərin sevinc nidaları stadionu bürüdü".
Ölkə.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 06 Noyabr 2025 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















