“Çelsi” Çempionlar Liqasında “Barselona”nı beş və daha çox məğlub edən üçüncü komanda oldu
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İngiltərənin “Çelsi” klubu Çempionlar Liqasında Kataloniya təmsilçisi “Barselona”nı beş və daha çox dəfə məğlub edən üçüncü komanda olub.
İdman.Biz xəbər verir ki, Opta statistik platforması bu barədə məlumat yayıb.
Turnir tarixində “Barselona”ya qarşı 10 qələbə “Bavariya”, 6 qələbə isə PSJ qazanıb. “Çelsi” isə kataloniyalıları dəqiq olaraq beşinci dəfə məğlub edib.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının ümumi mərhələsinin V turunda “Çelsi” ilə “Barselona” arasında dünən keçirilən oyun “mavilər”in 3:0 hesablı qələbəsi ilə nəticələnib. Bu nəticədən sonra “Çelsi” 10 xalla Çempionlar Liqasının ümumi cədvəlinin üst hissəsində qərarlaşıb, “Barselona” isə 7 xalla orta hissədə yer alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 26 Noyabr 2025 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















