“Çelsi” Çempionlar Liqasında unikal göstəriciyə imza atıb
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Londonun “Çelsi” klubu Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi son oyunda yüksək statistik göstəricilərlə diqqət çəkib.
İdman.Biz xəbər verir ki, “Pafos”la dünən baş tutan qarşılaşmada “Zadəganlar” ötürmələrin dəqiqliyi baxımından 94,5 faiz nəticə göstəriblər.
Bu göstərici 2003/2004 mövsümündən etibarən Çempionlar Liqasında bir oyunda qeydə alınmış ən yüksək ötürmə dəqiqliyi kimi tarixə düşüb.
Bundan əlavə, “Çelsi” qrup mərhələsində ev oyunlarında uğurlu seriyanı davam etdirir. London təmsilçisi Çempionlar Liqasının qrup mərhələsində son 15 ev matçında məğlub olmayıb.
Qeyd edək ki, “Zadəganlar” “Stemford Bric” stadionunda keçirdikləri son altı oyunun hamısında qalib gəliblər. Bu görüşlərdə “Çelsi”nin top fərqi 15:2 olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 22 Yanvar 2026 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















