Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

“Çelsi” fiasko ilə üzləşdi, MS çətin qələbə qazandı

“Çelsi” fiasko ilə üzləşdi, MS çətin qələbə qazandı

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Ötən həftəiçi premyer-liqada 14-cü turun oyunları keçirildi.

"Football-plus.az" xəbər verir ki, “Arsenal” sabit uğurlu nəticələr göstərirsə, əsas rəqibləri tez-tez büdrəyir. Bu mənada çempion “Liverpul”dan danışmağa dəyməz. “Qırmızılar” cari mövsümdə ilk dəfə heç-heçə etdi. “Çelsi” isə heç 1 xal da qazanmadı. MS də az qala qələbəni əldən verəcəkdi. MY “Vest Hem” ilə oyunda məhz belə aqibətlə üzləşdi.
“Arsenal”ı əsas izləyicilərindən fərqləndirən səviyyədi. “Topçular” bu dəfə möhkəm ortabablardan “Brentford”un öhdəsindən gəldi. 11-ci dəqiqədə dəqiq baş zərbəsi ilə hesabı açan Merino onların işini xeyli asanlaşdırdı. Qonaqlar qoldan sonra bir qədər fəallaşdı. Künc zərbəsi zamanı Şade qapını “nişan aldı”, amma Rayya və qapı çatı “Arsenal”ı qoldan xilas etdi. Fasilə ərəfəsində zədələnən Moskera onsuz da müdafiənin mərkəzində oyunçu qıtlığı yaşayan Artetanın başağrısını bir qədər də artırdı. Belədə Timber öyrəşmədiyi mövqedə oynamalı oldu.
2-ci hissədə “Arsenal” oyunun taleyini daha tez həll edə bilərdi. Ancaq Merino iki imkanı boşa verdi. Rays zədələnəndən və Dyökereş meydana çıxandan sonra Mikel bir qədər geri çəkildi və ordan 2-ci qola səbəb olan hücumu başladı. Saka onun ötürməsindən yararlanıb fərqi artırdı. “Arsenal” bu qələbə sayəsində yenidən ən yaxın izləyicisindən 5 xal aralandı.
“Fulhem” – MS oyununu qısaca belə təsvir etmək olar: qapıçılar və müdafiəçilər “hoqqabazlıq etdi”, komandaların hücum xətti gözləniləndən yaxşı oynadı. Qol şousuna qonaqlar başladı. 6-cı dəqiqədə “dirəyin möhkəmliyini yoxlayan” Holann 10 dəqiqə sonra premyer-liqadakı 100-cü qolunu vurdu. Hissənin sonunda “şəhərlilər” daha iki dəfə fərqləndi – Reynders əvvəlcə Holannın ötürməsini qola çevirdi, ardından məhz onun asmasından sonra Leno topu dəf etsə də, Foden təkrar zərbə ilə 3-cü topu “Fulhem”in qapısından keçirdi. Londonlular fasilə ərəfəsində Smit-Rounun qolu sayəsində fərqi azaltdı. Fasilədən dərhal sonra Foden təkbətəkdən yararlanmaqla dublunu rəsmiləşdirdi.
54-cü dəqiqədə Berge topu öz qapısına göndərəndə düşünmək olardı ki, bununla da oyun bitdi. 1:5 “Fulhem”dən də güclü komandalar üçün “ölüm hökmü” kimidi. Ancaq “şəhərlilər” bundan sonra eksperiment etməyə başladı və uğurun üzü “bağbanlar”a tərəf döndü. 57-ci dəqiqədə İvobi uzaqdan zərbə ilə hesabı 2:5 etdi. Sona 20 dəqiqə qalmış Çukvueze fərqi iki topa endirdi. 78-ci dəqiqədə Donnarummanın səhvindən yararlanan nigeriyalı yarımmüdafiəçi daha bir qol vurdu. Qonaqlar nə qədər ehtiyatlı davransa da, uzatma dəqiqələrində hesabın bərabərləşməsi tam real idi. Sadəcə, Qvardiol topu boş qapıdan çıxardı. Qvardiola isə artıq rəsmi matçlarda “yaradıcılığa” son qoymalıdı. Faktiki komanda 4 top fərqini əldən verməyə çox yaxın idi.
“Liverpul”la “Sanderlend” “Enfild”də qalibi müəyyənləşdirə biımədi. “Qırmızılar”ın stadionundakı oyun bir müddət “qara pişiklər”in ssenarisi üzrə getdi. Premyer-liqanın inadkar debütantı çempionu heç də xoşlamadığı, uzun ötürmələrdən və güc mübarizəsindən ibarət oyuna çəkdi. Düzdü, “Liverpul”un oyunçularının səviyyəsi istənilən anda fərq yarada bilərdi. Soboslainin cərimə meydançası daxilindən zərbəsinə Roefs yaxşı reaksiya göstərdi, Virtsin zərbəsi dirəyin yanından keçdi. Komandalar fasiləyə yollanmağa hazırlaşarkən “qırmızılar” yenə qola yaxın oldu. Soboslainin növbəti təhlükəli zərbəsini də Roefs çıxardı, Makallisterin baş zərbəsindən sonra dirək qapıçının köməyinə çatdı.
2-ci hissədə daha ehtiyatlı oyuna üstünlük verən “Sanderlend” 67-ci dəqiqədə hesabı açdı. Van Diykin səhvindən sonra Talbi Alissonu təslim olmağa məcbur etdi. “Qırmızılar” 81-ci dəqiqədə məğlubiyyətdən xilas oldu: Virtsin fərdi reydinin ardından Mukiele “qapıların yerini səhv saldı”.
“Çelsi” də ümidləri doğrultmadı. Entso Mareskanın komandasının məğlubiyyətini ədalətsizlik saymağa dəyməz. Hesab oyunun axarına tam uyğundu. “Çelsi”, sadəcə, “Lids”dən belə müqavimət gözləmirdi. “Lids”in oyunçuları 4 oyunluq məğlubiyyət seriyasına son qoymaq üçün az qala ölməyə hazır idi. Artıq 6-cı dəqiqədə Biyol hesabı açdı. “Zadəganlar” özünə gəlməyə çalışarkən yaxşı əks-hücumlar quran meydan sahibləri 2-ci qolu da vurdu. Sonradan meydana çıxan Neto 2-ci hissənin əvvəlində fərqi azaldanda çoxları favoritin geridönüş edəcəyini düşündü. Ancaq “Lids” ruhdan düşmədi, inamlı və sıx müdafiəni davam etdirdi. 72-ci dəqiqədə 3-cü qolu vuran Kalvert-Lüin oyunda son nöqtəni qoydu. Sonda hücum dalğası qura bilməyən “Çelsi” bu oyunda fiasko yaşadı.
14-cü tura “Old Trafford”da yekun vuruldu. Qələbə təqdirində “Çelsi”yə çatacağını bilən “Mançester Yunayted”in motivasiya baxımından heç bir problemi yox idi. Ancaq “Vest Hem” güclü rəqibə xal bağışlamaq niyyətində deyildi. İlk yarı bərabər mübarizə şəraitində keçdi. 2-ci hissədə bir qədər “artıran” mankunianlar saatın tamamında hesabı açdı. Kazemironun uzaqdan zərbəsindən sonra top cərimə meydançasında qərarlaşan Dalotun ayağına düşdü, o da qapıya dəqiq zərbə vurdu. MY hesabı açandan sonra praqmatik oynamağa başladı. Qonaqlar final fitinə yaxın bundan yararlandı. Künc zərbəsinin ardından Bouen qapıya zərbə vurdu, Mazraui topu xətdən çıxardı, amma Maqassa təkrar zərbə ilə hesabı bərabərləşdirdi. MY qələbə istəyirdi, ancaq məhsuldar heç-heçə sayəsində “Liverpul”u arxada qoydu.
“Tottenhem” də cari mövsümün uğursuzlarındadı. Bu komanda son 5 oyunda qələbəyə həsrət qalıb. Hesabat turunda “mahmızlar”ı məğlubiyyətdən karyerasında ilk dəfə dubl edən Romero qurtardı. Argentinalı dünya çempionu əvvəlcə 78-ci, sonra isə 90+5-ci dəqiqədə hesabı bərabərləşdirdi, özü də “qayçı” zərbəsi ilə.
Son 10 oyunun səkkizində qələbə qazanan “Aston Villa” isə artıq 3-cü pillədə qərarlaşıb. “Everton” Qrilişin qolu sayəsində səfərdə “Bornmut”dan üstün oldu. “Kristal Pelas” “Bernli”yə, “Nottingem Forest” “Vulverhempton”a qalib gəldi.
14-cü tur
Arsenal – Brentford 2:0

Merino, 11. Saka, 90+1. (60110)
Arsenal: Rayya, Uayt, Moskera (Timber, 44), İnkapye, Kalafyori, Edeqor, Subimendi, Rays (Dyökereş, 84), Madueke (Saka, 61), Merino, Martinelli (Eze, 61).
Fulhem – Mançester Siti 4:5
Smit-Rou, 45+2. İvobi, 57. Çukvueze, 72; 78 – Holann, 17. Reynders, 37. Foden, 44; 48. Berge, 54-öz qapısına. (26700)
MS: Donnarumma, Diaş, Nunyeş, Qvardiol, O’Rayli, Reynders (Şerki, 82), Niko (Stounz, 64), B.Silva, Foden (Ake, 90+7), Holann, Dokyu (Savinyo, 64).
Liverpul – Sanderlend 1:1
Mukiele, 81-öz qapısına – Talbi, 67. (60414)
Liverpul: Alisson, Qomes (Cons, 65), Konate, Van Diyk, Robertson (Kerkez, 86), Qravenberx, Makallister (Ekitike, 74), Soboslai, Virts, Qakpo (Salah, 46), İsak (Kyeza, 86).
Lids – Çelsi 3:1
Biyol, 6. Tanaka, 43. Kalvert-Lüin, 72 – Neto, 50. (36767)
Çelsi: Sançes, Çaloba, Adarabioyo, Badyaşil (Hüsto, 46), Kukurelya, Santos (Palmer, 77), Fernandes, Estevao (Neto, 46), Pedro, Gittens (Qarnaço, 61), Delap (Palmer, 61).
Mançester Yunayted – Vest Hem 1:1
Dalot, 58 – Maqassa, 84. (73938)
MY: Lammens, Dalot (Dorqu, 68), Heven (Yoro, 46), Şou (Martines, 88), Dyallo, Kazemiro, Fernandeş, Mazraui, Mbemo, Kunya (Uqarte, 77), Zirkzee (Maunt, 78).
Nyukasl – Tottenhem 2:2
Gimarayns, 71. Qordon, 86-p. – Romero, 78; 90+5. (52007)
Tottenhem: Vikario, Porro, Romero, Danso, Udoci, Sarr (Qrey, 87), Bentankur, Berqvall (Simons, 77), Kudus (Odober, 87), Kolo-Muani (Rişarlison, 77), Conson (Tel, 77).
Brayton – Aston Villa 3:4
Van Hekke, 9; 83. Torres, 29-öz qapısına – Uotkins, 37; 45+7. Onana, 60. Malen, 78. (31180)
Bornmut – Everton 0:1
Qriliş, 78. (11161)
Bernli – Kristal Pelas 0:1
Munyos, 44. (19365)
Vulverhempton – Nottingem Forest 0:1
Jezus, 72. (28646)
1. Arsenal 14 10 3 1 27-7 33
2. Mançester S. 14 9 1 4 32-16 28
3. Aston Villa 14 8 3 3 20-14 27
4. Çelsi 14 7 3 4 25-15 24
5. Kristal Pelas 14 6 5 3 18-11 23
6. Sanderlend 14 6 5 3 18-14 23
7. Brayton 14 6 4 4 24-20 22
8. Mançester Y. 14 6 4 4 22-21 22
9. Liverpul 14 7 1 6 21-21 22
10. Everton 14 6 3 5 15-17 21
11. Tottenhem 14 5 4 5 23-18 19
12. Nyukasl 14 5 4 5 19-18 19
13. Brentford 14 6 1 7 21-22 19
14. Bornmut 14 5 4 5 21-24 19
15. Fulhem 14 5 2 7 19-22 17
16. Nottingem Forest 14 4 3 7 14-22 15
17. Lids 14 4 2 8 16-26 14
18. Vest Hem 14 3 3 8 16-28 12
19. Bernli 14 3 1 10 15-28 10
20. Vulverhempton 14 0 2 12 7-29 2
Bombardirlər: Holann (MS) – 15, Tyaqo (Brentford) – 11, Uelbek (Brayton), Mateta (Kristal Pelas) - 7.
Turun rəqəmi
100 – Erlinq Holann premyer-liqada qol sayını bu həddə çatdırdı. Norveçli ulduz bunu 111-ci oyunda bacarmaqla Alan Şirerin (124) rekordunu qırdı. Holann premyer-liqada 20 (14 oyun), 30 (27 oyun), 30 (39 oyun) və 50 qol (48 oyun) həddinə də hamıdan tez çatıb.
Turun ulduzu
Kristian Romero (Tottenhem) – deyəsən, Şimali London klubunda vacib qolları ancaq müdafiəçilər vurur. Buna qədər niderlandlı Van de Ven bombardir funksiyasını boynuna götürmüşdüsə, bu dəfə argentinalı müdafiəçi ön plana çıxdı. “Mahmızlar” məhz onun dublu sayəsində məğlubiyyətdən qaçdı.
Turun sitatı
Erlinq Holann, MS-nin hücumçusu:

“Düşünürəm ki, siz evdə oturub baxdızsa, bu oyundan həzz aldız. Ağlasığmaz oyun idi, 9 qol hədsiz çoxdu. Son nəticədə qalib gəldik, xoşbəxtik, ancaq bu heç də ən yaxşı qələbə deyil”.


Faktlar
* MS son 68 ildə ilk dəfə 4 qol buraxdığı çempionat oyununda qələbə qazandı. “Şəhərlilər” bunu sonuncu dəfə 1957-ci ilin dekabrında bacarmışdı. Onda MS “Şeffild Uensdey”dən üstün olmuşdu (5:4).
* Sonuncu dəfə avqustda “Liverpul”a uduzan (0:1) “Arsenal” həmin vaxtdan bəri keçirdiyi 18 oyunun 15-də qalib gəlib, 3-də heç-heçə edib.
* “Aston Villa”nın “sükanı arxasında” premyer-liqada 62-ci qələbəsini qazanan Unai Emeri bu göstəricidə Con Qreqori ilə Martin O’Nilə məxsus klub rekordunu (hərəyə 61 qələbə) yenilədi.
* Oktyabrda Postekoğlunu baş məşqçi postunda əvəzləyən Şon Dayç “Nottingem Forest”i çıxardığı son 9 oyunun 5-də qalib gəlib, 2-də heç-heçə edib, 2-də uduzub.
Oyundan sonra
Pep Qvardiola, MS-nin baş məşqçisi:

“Holannın 111 oyunda 100 qol vuracağını desəydiz, belə cavab verərdim: ciddisiz, bu liqada? Holann premyer-liqa tarixinin ən yaxşı hücumçusudu? Bilmirəm. Bu ölkədə çoxlu möhtəşəm hücumçu olub, Erlinq onlardan biridi, ancaq ən yaxşı deyil. Nə deyim, oyun sizə xoş gəldi? Mən isə saçlarımdan oldum. Bura premyer-liqadı. Başqa bir liqada oyunu tam nəzarətdə saxlaya bilərsiz. Amma burda yox. Mən artıq qocayam, oyunçular isə mənə hörmət etmirlər! Onlar baş məşqçisinə belə yanaşmamalıdı. Belə şeylər ancaq bu liqada olur. Gözəl oyun keçirdik. Həqiqətən də oyunumuzda müsbət məqamlar var idi. Xarakter və möhkəmlik göstərdik”.


Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:

“Belə durum heç vaxt adama rahatlıq vermir. Hesab 1:0 olarkən “Brentford”un bir dəqiq zərbəsi xaos yaradacaqdı. Hərçənd hesab edirəm ki, meydanda dominantlığımız davam edirdi, qol vəziyyətləri yaradırdıq. Ümumilikdə razı qaldım. Oyunçularımla qürur duyuram”.


Entso Mareska, “Çelsi”nin baş məşqçisi:

“Rəqib hər şeydə bizdən yaxşı idi, haqq etdiyi qələbəni qazandı. Nələrdə səhv etdiyimizi anlamalı, hər şeyə yenidən başlamalıyıq. “Arsenal” və “Barselona” ilə çox yaxşı oynadıq. Ancaq bu o anlama gəlməsin ki, həmişə eyni şəkildə oynayacağıq. Vəziyyətə uyğunlaşmaq, rotasiya etmək lazımdı. Oyun səviyyəsi həmişə eyni olmayacaq. Əlbəttə, son iki matçın ardından daha yaxşı performans gözləyirsən, ancaq bu həmişə mümkün olmur. Bu gün heç bir futbolçumuz özünün yaxşı səviyyəsində oynamadı. Ümid edirəm ki, bu, sadəcə, pis bir gün idi. Bütün təkbətək mübarizələrdə uduzduq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:258
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 Dekabr 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see392

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see306

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see261

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see239

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see233

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see232

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

03 Sentyabr 2026 10:37see231

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see229

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see226

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see224

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see224

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see218

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see216

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see215

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see204

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see203

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see199

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see191

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see165

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri