Çelsi Liverpulun qapıçısını transfer etmək istəyir
Icma.az, Report.az portalına istinadən məlumat verir.
İngiltərənin "Çelsi" klubu Premyer Liqanın digər təmsilçisi "Liverpul"un qapıçısı Kivin Kelleheri transfer etmək istəyir.
"Report" "The Sun"a istinadən xəbər verir ki, "zadəganlar" 25 yaşlı qolkiper üçün təxminən 42 milyon avro ödəməyə hazırdır.
Liverpul təmsilçisinin əsas qapıçısı Alisson Beker sağalıb sıraya döndüyündən, Kelleherin komandadan ayrılmaq niyyətində olduğu bildirilib. O, həmçinin İtaliya təmsilçiləri "Yuventus" və "Napoli"nin də maraq dairəsindədir. Lakin futbolçu İngiltərə Premyer Liqasında qalmağa üstünlük verir.
Qeyd edək ki, K.Kelleher "Çelsi" klubunun 11-ci qapıçısı ola bilər. Hazırda London təmsilçisinin heyətində Robert Sançes, Filip Yorqensen, Markus Betinelli, Corc Petroviç, Kepa Arrisabalaqa, Mayk Penders, Qebriel Slonina, Lyuk Kempbell, Ted Kerd və Teddi Şarman-Lou var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 19 Noyabr 2024 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















