“Çelsi” “Mançester Siti”ni məhkəməyə verə bilər
Icma.az bildirir, Idman.biz portalına istinadən.
İngiltərənin “Çelsi” futbol klubu Enzo Mareskanın “Mançester Siti”yə mümkün keçidi fonunda hüquqi addım ata bilər.
İdman.Biz xəbər verir ki, tərəflər razılığa gəlməsə, London təmsilçisi “Mançester Siti”ni məhkəməyə verməyə hazırdır.
Məsələ Mareskanın yanvarda “Çelsi”dən ayrılması ilə bağlıdır. İddialara görə, klub italiyalı mütəxəssisin hansı şəraitdə və hansı səbəblərlə komandadan getdiyinə dair detalları açıqlaya bilər. “Çelsi” Mareskanın mövsümün ortasında və müqaviləsinin bitməsinə üç ildən artıq qaldığı vaxt komandadan ayrılmasına görə təzminat almaq hüququna malik olduğunu düşünür.
Bu gün Fabrizio Romano Mareskanın “Mançester Siti” ilə razılaşdığını bildirən məlumat paylaşıb. Tərəflər arasında üç illik müqavilə üzrə razılıq əldə edildiyi, lakin keçidin tam rəsmiləşməsinin “Çelsi” ilə bağlı hüquqi və maliyyə məsələlərinin həllindən asılı olduğu bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 19 May 2026 17:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















