“Çelsi” “Mançester Yunayted”in istedadlı gənci ilə maraqlandığını təkzib edib
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Çelsi” “Mançester Yunayted”in istedadlı futbolçusu Cici Qabrieli transfer etməkdə maraqlı olduğunu təkzib edib.
İdman.Biz “Daily Mail”ə istinadən xəbər verir ki, 15 yaşlı futbolçu “Mançester Yunayted”dən ayrılmaq istədiyini rəsmən bildirib. O, “Çelsi” də daxil olmaqla bir neçə klubla əlaqələndirilir.
Lakin “Çelsi” gənc futbolçular üçün tətbiq edilən doqquz aylıq transfer qadağası altındadır. Bu səbəbdən London klubu Qabrieli transfer edə bilməz.
Bundan əlavə, “Çelsi”nin Qabriel daha kiçik yaşda olarkən də onunla maraqlandığı bildirilir. Lakin futbolçunun atası keçmiş akademiya rəhbəri Nil Bat ilə planlaşdırılan görüşə gəlməyib və bu, tərəflər arasındakı münasibətlərə təsir edib.
Məlumata görə, “Çelsi” Qabriel “Mançester Yunayted”dən ayrılsa belə, onun transferi ilə maraqlanmayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 17 Sentyabr 2026 20:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















