Çelsi nin De Bruynenin kluba mümkün qayıdışı ilə bağlı MÖVQEYİ təəccübləndirdi
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
"Çelsi"nin gələn yay "Mançester Siti"nin ulduz yarımmüdafiəçisi Kevin De Bruyneni transfer etmək ehtimalı çox aşağıdır.
Oxu.Az-ın "The Telegraph"ın məlumatına istinadla verdiyi məlumata görə, London klubu əvvəlcə belçikalı futbolçuya maraq göstərsə də, sonradan bu plandan çəkinməyə başlayıb.
Klub rəhbərliyi hesab edir ki, De Bruynenin transferi komandanın oyun strukturuna zərər verə bilər.
33 yaşlı futbolçu hazırda komandanın parlayan gənc yetirməsi Koul Palmerin oynadığı mövqeyə iddialıdır. Üstəlik, "Çelsi" rəhbərliyi De Bruynenin əvvəlki səviyyəsini qoruyub saxlaya bilmədiyini düşünür.
Qeyd edək ki, De Bruyne bu ayın əvvəlində mövsümün sonunda "Mançester Siti"dən ayrılacağını elan edib.
Belçikalı 2012-ci ildən 2014-cü ilə qədər "Çelsi"nin futbolçusu olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 26 Aprel 2025 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















